Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Nazirlər Kabinetindən turizmlə bağlı -QƏRAR

 

Nazirlər Kabineti "Turizm Reyestrinin aparılma Qaydası"nın təsdiq edilməsi barədə qərarın izahını verib.

Yenixeber.org: Nazirlər Kabinetinin Mətbuat Xidmtətindən saytımıza verilən məlumata görə, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə etməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün "Turizm reyestrinin aparılma Qaydası" zəruridir.

Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehitva edəcək, turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcəkdir.

Turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək, həmçinin, turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcəkdir. İnteraktiv portalda turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək və modul əsasında turizm subyektlərinin təqdim etdiyi məlumatlar əlaqədar qurumların informasiya sistemləri ilə yoxlanılıb qiymətləndiriləcək, reytinq cədvəli hazırlanacaq, beləliklə onların daha yaxşı xidmət göstərməsi təşviq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam