Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Xavidən “Barselona”ya Levandovski HESABATI:"Dərhal göndərin”

 

İspaniya La Liqa komandalarından biri olan "Barselona"nın keçmiş baş məşqçisi Xavi Hernandesin Kataloniya komandasını tərk etməzdən əvvəl təqdim etdiyi hesabatda Robert Levandovski bölmələri gündəmə gəlib.  

Yenixeber.org bildirir ki, ispaniya mərkəzli “Cadena Ser”in xəbərinə görə, “Barselona”dan ayrılan baş məşqçi Xavi Hernandes ayrılmadan əvvəl prezident Joan Laportaya komanda haqqında hesabat təqdim edib. Hesabatın ən diqqətçəkən yerləri Robert Levandovski ilə bağlı hissələr olub və bu hissələr mətbuatda da öz əksini tapıb. 

Xavi Hernandes Robert Levandovskinin kifayət qədər hücum presi göstərə bilmədiyini, rəqiblərə təzyiq etmədiyini və gözlədikləri performansdan aşağı olduğunu bildirib. O, soyunub-geyinmə otağında komanda yoldaşları ilə problem yaşayan Levandovskinin ayrılmasının ən yaxşı qərar olacağını bildirib.

Klubun builki maliyyə feyr-pley hesablarında Robert Levandovskinin 32 milyon avro maaşı və əvvəldən qalan 11 milyon avro əlavə borcu olduğu ortaya çıxıb.

2022-ci ilin yayında 45 milyon avroya "Bavariya"dan "Barselona"ya transfer olunan 35 yaşlı polşalı hücumçu ötən mövsüm 49 oyunda 26 qol vurub, 9 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam