Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Müəllimlərin maaşı artdı- MƏBLƏĞİ DƏ BİLİNDİ - VİDEO

Müəllimlərin maaşı artdı

 

 

Dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində diaqnostik qiymətləndirmədən keçən müəllimlərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb

 

Yenixeber.org: Nazirlər Kabineti bununla bağlı qərar verib.

Nazirlər Kabinetinin qərarına əsasən müəllimlərin maaşları müəyyən olunmuş staja görə artırılıb. Belə ki, ümumtəhsil məktəblərində stajı 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350-dən 385 manata qaldırılıb. Pedaqoji stajı 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375-dən 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata qədər artıb. 13 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olanların əmək haqqı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olanların isə 450 manatdan 495 manata qaldırılıb.

Artım orta təhsilli müəllimlərə də şamil edilir. Stajı 3 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 320 dən 352 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 335-dən 369 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 350-dən 385 manata, pedaqoji stajı 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 370-dən 407 manata, pedaqoji stajı 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 385-dən 424 manata qaldırılıb.

Stajı 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji stajı 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji stajı 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji stajı 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərinin maaşı 420 manatdan 462 manata, pedaqoji stajı 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb.

Artıma əsasən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan stajı 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji stajı 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji stajı 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji stajı 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan pedaqoji stajı 3 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 320 manatdan 352 manata, pedaqoji stajı 3 ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 335 manatdan 369 manata, pedaqoji stajı 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji stajı 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 370 manatdan 407 manata, pedaqoji staj 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 400 manatdan 440 manata qaldırılıb.

Qeyd edək ki, bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

 

Müəllimlərin maaşı artdı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam