Kataloniya böhranı:dünən və bu gün bəlli, bəs sabah?
Bütün hallarda Kataloniya məsələsinin taleyinə ispan xalqının özü və onu təmsil edən legitim strukturlar qərar verəcək
Yenixeber.org: Kataloniya artıq rəsmən öz müstəqilliyini elan edib. İş bundan sonra siyasi problemin həllinə qalıb. İspaniyanın öz ərazi bütövlüyünü qoruyub qorumayacağı məsələsi isə qeyri-müəyyən görünür. Çünki Kataloniyanın ardınca digər muxtar bölgələr də eyni istəkdə ola bilərlər.
Xarici mənbələrə istinadən Kataloniya böhranının tarixi mərhələlərini təqdim edirik.
Kataloniya dövlətinin tarixinin 988-ci ildən başlandığı güman olunur. Həmin il Barselona qrafı II Borrel Fransa kralının vassalığını rədd edərək müstəqiliyyini elan etdi. Kataloniyada həmin il dövlətçiliyin başlanğıcı hesab edilir.
II Borrel
12-ci əsrdə Barselona qraflığı və Araqon krallığı arasında nikah ittifaqının nəticəsində Barselona Araqon krallığının tərkibinə daxil olur.
Araqon, yəni həm də Kataloniya 1516-cı ildə I Ferdinand və Kastiliyalı İzabellanın nikahı ilə vahid İspaniya krallığının bir hissəsinə çevrilir. 1714-cü ildə isə İspaniya kralı V Filip Burbon Kataloniyanı tamamilə ilhaq edir.
V Filipp
Kataloniyalalar bundan sonra ilk dəfə 1871-ci ildə müstəqillik qazanmağa cəhd edirlər. Lakin uzun sürən müzakirələrdən sonra İspaniya krallığının tərkibində qalmağa razılıq verirlər. İspaniyada ötən əsrin 30-cu illərində tüğyan edən vətəndaş müharibəsi zamanı Kataloniya yenidən müstəqliyyini elan edir. Lakin hakimiyyətiə gələn general Franko katalonların bu arzusunu da gözlərində qoyur. Franko dövründə aparılan bəzi repressiv tədbirlər separatçılıq ideyalarının bölgədə daha da populyarlaşmasına gətirib çıxarır.
General Franko
Kataloniya yalnız Frankonun ölümündən sonra nisbi muxtariyyatına qovuşur. 1979-cu ildə Kataloniya muxtar status alan 17 bölgədən biri olur. Mərkəzi hakimiyyət təhsil, səhiyyə, nəqliyyat kimi sahələrdə, o cümlədən yerli parlament və hökumət qurmaq səlahiyyətlərini bölgə xalqına həvalə edir. Lakin İspaniya parlamenti bölgə hökumətinin və parlamentinin istənilən aktını ləğv etmək yetkisini özündə saxlayır.
Bu vəziyyət 2005-ci ilə qədər davam edir. Həmin il baş nazir Xose Luis Sapatero hökuməti katalonların hüquqlarının genişləndirilməsi ilə bağlı qərarlar qəbul edir. Hökumət katalonların ispan xalqının tərkibində millət olaraq tanınması, bundan başqa vergilərin (ƏDV və gəlir vergisi kimi) bir hissəsinin yerli hökumətə verilməsi ilə bağlı islahatlar paketi hazırlayır. Yeni paketə İspaniya parlamentinin hər iki palatası, Kataloniya parlamenti və nəhayət 2006-cı ilin iyunun 18-də keçirilən referendumda bütün kataloniyalılar dəstək verir.
Xose Luis Sapatero
Lakin bu İspaniyanın qalan hissəsində güclü narazılığa səbəb olur və hazırkı baş nazir Mariano Raxoyun Xalq partiyası qərarı Konstitusiya məhkəməində şikayət edir. 2010-cu ildə İspaniya Konstitusiya məhkəməsi katalonların öz vergilərini toplamaq və ayrıca xalq olaraq tanınması haqqında müddəaları ləğv edir.
2009-cu ildə Kataloniyada yerləşən və cəmi 9 min əhalisi olan Arenş da Mun şəhərini meri Xoan Rabaseda Kataloniyanın ayrılması barədə xalq məsləhətləşməsi” adı altında mini referendum keçirməyə nail olur.
2010-cu ildən başlayaraq sentyabrın 11-də isə milli “Dia” bayramı günündə (Kataloniyanın İspaniyanın tərkibinə keçməsi) hər il Barselonada yüz mənilərlə insan etiraz nümayişinə çıxır. Bu mümayişlərin təşkilatçıları iki ictimai qurum-Omnium Cultural və Kataloniya Milli Yığıncağı olur. Təşkilatların on minlərlə üzvü və olduqca yaxşı maliyyə bazasına malik olduğu bilinir.
2014-cü ilin noybarın 9-da Kataloniya hökumətini başçısı Artur Mas “referendum” adı ilə ümumkatalon məsləhətləşməsini həyata keçirir. (referendum Konstitusiya məhkəməsini qərarı ilə qadağan olunur). Bu “məsləhətləşəmədə” separatçılar 80%-lik üstünlüyə malik olurlar. Lakin bir çox ekspertin rəyinə görə bu rəqəm Kataloniyada hələ də üstünlük təşkil edən müstəqillik əleyhdarlarının passiv mövqeyi nəticəsində əldə edilir.
Məhz bu “məsləhətləşmə” oktyabrın 1-də keçirilən referendumun təməlini qoyur. Müstəqillik tərəfdarı sayılan siyasi qüvvələr “Junts Pel Si” (“Birlikdə hə cavabı”) adı altında koalisiyaya daxil olaraq 18 aydan sonra artıq tam hüquqlu referendum keçirməyə qərar verirlər.
Məhz 18 ay bu ilin oktyabrına təsadüf edir. Kataloniyanın yeni baş naziri isə daha sərt xətt yürütməyin tərəfdarı sayılan, Jirona şəhərinin meri Karles Puçdemon olur.
Sentyabrın 6-da Kataloniya hökuməti referendumun keçirilməsi haqqında qərarı yerli parlamentdən keçirir.
İspaniya Konstitusiya məhkəməsi bu qərarı da ləğv edir. İspaniya prokurorluğu isə əyalətin 948 şəhərini merindən 700-nə məktub göndərərək onların bu aksiyaya qoşulması halında həbslərlə hədələyir.
Kataloniyaya 10 mindən çox Mülki polis göndərilir. Seçki keçirlməsi üçün nəzərdə tutulan yerdə həbslər aparılır, milyonlarla bülleten müsadirə edilr. Lakin görünür bütün bunların heç biri referendumun keçirilməsinə əngəl olmur.
Karles Puçdemon müstəqillik haqqqında referendumun baş tutduğunu artıq bəyan edib. İspaniya hökuməti və onun başçısı Xuan Ma isə bunu qətiyyətlə rədd edərək, yerli hökumətin konstitusiyaya zidd fəaliyyət göstərdiyini bildirir.
Hər halda Kataloniya İspaniyanın tarixi ərazisi və onun tərkib hissəsidir və burada mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən istənilən referendum qeyri-qanunidir. Bütün hallarda Kataloniya məsələsinin taleyinə ispan xalqının özü və onu təmsil edən legitim strukturlar qərar verəcək.(musavat)