Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı Olimpiya Stadionu AVRO-2020-yə hazırdır -VİDEO

Bakı Olimpiya Stadionu AVRO-2020-yə hazırdır - VİDEO

“Hazırlıqlar tam gücü ilə davam edir. Artıq İsveçrə və Uels yığmaları Bakıya gəlib. Türkiyə milli komandası ilk oyununu İtaliyada keçirəcək, ona görə də ölkəmizə iyunun 12-də təşrif buyuracaq”.

Yenixeber.org: Bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözlərinə görə, hazırda bütün oyunlara bilet satışı davam edir: “Mayın 15-dən oyunların biletləri satışa çıxarılıb. Təbii ki, Türkiyə millisinin burada oynayacağı qarşılaşmalara maraq daha çoxdur. Bu komandanın iyunun 16-da Uelslə keçirəcəyi oyuna 18 mindən artıq bilet satılıb. Azarkeşləri ən çox maraqlandıran suallardan biri stadiona giriş zamanı COVID-19 pasportunun tələb olunub-olunmamasıdır. Nəzərinizə çatdırım ki, bununla bağlı elə böyük tələb yoxdur. Təkcə stadiona daxil olacaq hər bir azarkeş üçün hərarətin ölçülməsi proseduru həyata keçiriləcək. Temperatur normaldırsa, o, dərhal stadiona keçə bilər".

Firuz Abdulla
AFFA-nın sözçüsü xüsusilə vurğulayıb ki, oyunlar günü Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında bilet satışı həyata keçirilməyəcək: “Onlar ən azı oyunlara 1 gün qalmış biletləri almalıdırlar. Şəhərin iki nöqtəsindən BOS-a azarkeşləri daşıyacaq ekspress avtobus xətləri fəaliyyət göstərəcək. Bunlardan biri Səməd Vurğun bağının yaxınlığından, digər isə metronun Qara Qarayev stansiyasının yaxınlığındakı "Sevinc" kinoteatrı önündən yola düşəcək. Bakıda oynayacaq komandaların azarkeşləri üçün 2 toplanma məntəqəsi olacaq. Oyun günü metro da fəaliyyət göstərəcək. Taksi xidməti ilə də stadiona getmək mümkündür. Maşın buraxılışı yoxdursa, şəxsi avtomobillərdən istifadə edilməməsi tövsiyə olunur”.

F,Abdulla stadionda azarkeş tutumunun artırılma məsələsinin gündəmdə olmadığını da diqqətə çatdırıb: “Bu məsələ əvvəlcədən UEFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarda öz əksini tapmışdı. Yəni, stadionlara azarkeşlərin buraxılma faizi oyunlara ev sahibliyi edəcək ölkələrin yerli dövlət strukturları ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Azərbaycanda da belə məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahla uzun müddət müzakirə olundu və qəbul olunan qərar stadionun ümumi tutumunun 50 faizə qədəri kimi təsbit olundu. Hələlik azarkeş artımı ilə bağlı məsələ gündəmdə deyil”.

Həmkarımızın sözlərinə görə, Uels millisi "Hilton" otelində, İsveçrə yığması "Bilgah Beach"də qalır, Türkiyə komandası isə "Fairmont" otelində məskunlaşacaq: “Məşq yerləri də fərqlidir. Uelslilər Tofiq Bəhramov adına Respublika stadionunda, İsveçrəlilər "Dalğa Arena"da, türkiyəlilər isə "Bakcell Arena"da məşqlərini keçirəcək”.

BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə isə “Report” bildirib ki, pandemiyanın gətirdiyi dəyişikliklər təkcə stadionda 50 faiz tamaşaçı tutumu ilə məhdudlaşmır: “Biz ənənəvi öyrəşdiyimiz mətbuat konfransı və miks zonanı görməyəcəyik. Artıq burada jurnalistlər suallarını xüsusi öncədən təyin edilmiş proqram vasitəsilə baş məşqçi və futbolçulara ötürəcək və cavablar alacaqlar”.

Fərid Əsədzadə

BOS rəsmisinin sözlərinə görə, tədbirlər çərçivəsində stadionun giriş-çıxış məntəqələrində tribunalara daxil olarkən qida köşklərinin qarşısında ara məsafəsini qorumaq üçün nişanlar qoyulub. Ara məsafəsi tribunalarda oturacaqlar arasında da qorunacaq: “Bu barədə gələn tamaşaçıları maarifləndirmək üçün əməkdaşlar və könüllülər təlimatlandırılıb. Biletlər elə satılacaq ki, tamaşaçılar yanaşı düşməsinlər, onların arasında bir boş oturacaq olsun. Qida köşklərində hər hansı ünsiyyətin olmaması üçün şüşə arakəsmələrdən istifadə olunacaq. Tamaşaçıların bilet yoxlanışından öncə hərarətləri yoxlanılacaq. Kiminsə hərarəti yüksək olarsa tibb məntəqəsinə göndəriləcək”.

Qeyd edək ki, BOS-da iyunun 12-də İsveçrə - Uels, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də Türkiyə - İsveçrə və iyulun 3-də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam