Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb-FOTO

 

 

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneşlə görüşüb.

Yenixeber.org: Məlumata görə, görüş zamanı Türkiyə milli komandasının AVRO-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib.

Oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacağı qeyd olunub. Eyni zamanda, Azərbaycanda olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.

Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Günəş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib. 

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam