Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Azarkeşləri oyunlara gətirmək AFFA-nın yox, klubların işidir” –Şahin Diniyev

 

“Çempionat oyunlarımıza az azarkeş gəlməsinin çox səbəbləri var. Bunun bir səbəbi olsaydı, aradan qaldırmaq və fanatları stadionlara cəlb etmək asan olardı”.

Yenixeber.org:  Bu fikirləri AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan Premyer Liqasının oyunlarına az azarkeşin gəlməsinə münasibət bildirərkən deyib.

54 yaşlı mütəxəssis bildirib ki, bu işdə mətbuatın da əməyi böyük olmalıdır: “Klublardakı vəziyyət, yaxşı futbolun və nəticənin olmaması bunun səbəblərindən biridir. “Qarabağ”ın avrokubok oyunlarında stadionlar dolu olur. Amma çempionat matçlarına demək olar ki, heç kim gəlmir. Bu isə o deməkdir ki, Azərbaycanda futbola iki şeyə görə gedirlər. Bir komandanın uğuruna görə və ya hansısa tanınmış futbolçuya görə. Komandalarda yüksək səviyyəli oyunçular olmalıdır. İtaliya yığması Bakıya gələndə ulduz futbolçulara görə stadiona gələnlər var idi. Burada qadınlar, uşaqlar və yaşlılar da var idi. Onlar oyunun nəticəsinə görə yox, məşhur oyunçuları görmək üçün gəlirdilər”.

Diniyev klubların da təşkilatçılıq tərəfindən aktiv olmalarının gərəkliyini söyləyib: “Onlar hansısa yollarla azarkeş cəlb etməlidirlər. Azarkeşi hansısa yolla stadiona gətirirsən, sonra öyrəşir. SSRİ vaxtı lotereya oynanılırdı. Demirəm ki, bunu etsinlər. 3 min azarkeş gəlirdi, onun 2500-ü lotereya udmaq üçün gəlirdi. Lotereya olmasa, növbəti oyuna 500 nəfər qalırdı. Bunun bir sıra növləri var. Bununla marketinq şöbələri işləməlidir və daha aktiv olmalıdırlar. Azarkeş həm də kiməsə görə oyuna gəlir. Etiraf edək ki, bizim futbolçuların oyunu cəlbedici səviyyədə deyil. Nə beynəlxalq səviyyədə, nə də daxili marafonda. Çempionatdakı matçlarda da intiriqa yarada bilmirik. Hər şeyin başında gözəl futbol və yaxşı nəticələr durur. Onunla da azarkeş cəlb eləmək olar. Klubların marketinq şöbələri azarkeş cəlb etmək üçün zəif işləyir. Ən kökündə isə yaxşı futbol və nəticə dayanır”.

Sabiq baş məşqçi AFFA-nın azarkeşlərin stadionlara gəlişi üçün hər bir addımı atdığını vurğulayıb: “Bunu beynəlxalq oyunlarda da görürük. Avropada “Qarabağ”dan başqa bir komanda yoxdur ki, azarkeş onun arxasında dursun. Klublar müstəqildir, bu, federasiyanın işi deyil. Təşkilatçılıq və marketinqlə yaxşı məşğul olmaq lazımdır. Nəticə yaxşı olmasa belə bəzi şeylərlə azarkeş cəlb etmək olar. Amma hamı gözəl oyuna baxmaq istəyir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam