Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Xabarovskda azərbaycanlını öldürən sürücüyə hökm oxunub

 

 Rusiyanın Xabarovsk şəhərində bu ilin yanvar ayında piyada keçidində azərbaycanlını vuraraq öldürən 26 yaşlı taksi sürücüsünə hökm oxunub

Yenixeber.org:  Müttəhim yol qəzasında günahkar olduğunu etiraf edib və hadisənin başverməsini evə tələsdiyinə görə "Toyota Corolla" markalı maşının sürətini artırması və tünd rəngli geyimdə olan 58 yaşlı kişini görməməsi ilə izah edib.
Yerli mətbuatın verdiyi məlumata görə, mərhum pauerliftinqçi Andrey Draçyovun öldürülməsi ilə bağlı məşhur cinayət işində adı hallanan Anar Allahverənovun qohumu olub.
Yol qəzasının idmançının öldürülməsinin intiqamı olması versiyası təsdiqini tapmayıb.
Ancaq "Toyota Corolla"nın sürücüsünün bəzi dəlilləri saxtalaşdırdığı müəyyən edilib.
Sürücü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 3 il müddətinə azadlıqdan məhrum olunub.
Mərhumun qohumları isə mənəvi və maddi zərərə görə kompensasiya tələb etməyi planlaşdırırlar. Bu məbləğə dini mərasim xidmətlərinə çəkilən xərclər də daxildir. Belə ki, mərhum dəfn edilməsi üçün vətəninə - Azərbaycana göndərilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam