Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Tövlədə özünü asan məktəblininMƏKTUBU

Tövlədə özünü asan məktəblinin

 

 

Dekabrın 3-ü Ağdaş rayonu Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib

 

Yenixeber.org: Hadisədən dərhal sonra məktəblinin intihardan öncə yazmış olduğu məktub ortaya çıxıb. Məktubda yazılanlar sosial mediada geniş müzakirə mövzusuna çevrilib.

Psixoloq Elnur Rüstəmov Metbuat.az- a açıqlamasında bildirir ki, baş verən intihar hadisəsinin bir çox səbəbləri ola bilər:

“İnsan durduğu yerdə intihar etmir. Ağdaşda intihar edən yeniyetmənin ya şəxsi problemləri olub, ya da hansısa qrupun təsirinə düşüb. O, məktubun birinci cümləsində “Sevimli peyğəmbərimizin yanında olacam” ifadəsi işlədib. Bu, uşağın hansısa qrupun təsirinə düşdüyünü göstərir. Yeniyetmələr bu cür təsirlərə daha tez düşürlər. Ümumiyyətlə, uşaqlar radikal, insanları yolundan çıxaran dini qrupların, hər hansı bir internet oyununun təsirinə düşürlər. Fakt ortadadır ki, yeniyetmələr intihar edir. Bu, özü də SOS siqnalıdır. Valideynlər bu məsələdə diqqətli olmalı, uşaqların narahatçılığına həssas yanaşmalıdırlar”.

Psixoloq yeniyetmələrə təsir göstərən vasitələrdən də söz açıb:

“Bu gün uşaqlarımıza təsir göstərən vasitələr var. Onlardan biri də, internet resurslarıdır. Orada uşaqları nəzarətsiz buraxmaq olmaz. Söhbət uşaqları sıxmaqdan getmir. Ən azından valideynlər məlumatlı olmalıdır ki, uşaqlar inetnetdə nə ilə məşğul olurlar və onların maraq dairəsinə nələr daxildir. Ağdaşda baş verən hadisə də birdən-birə formalaşmayıb. Bacısının toyunun olmasını istəməsi, övladına İsmayıl adının qoyulması məsələsində uşaq emosiyalara qapılıb. Ancaq baş verən hadisədə düşünülmüş intihar faktorunun olduğunu görmək mümkündür”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam