Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Neftçiləri kim ölümlə üz-üzə qoyub?

neftXəzərdə seysemik avadanlıqların yerləşdirilməməsi daha bir iri faciəyə yol aça bilər

Mirvari Qəhrəmanlı: «Bu sahəyə cavabdeh olanlar indiyə qədər baş vermiş faciələrdən dərs götürməyiblər»

“Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir”.

Xeberinfo.com:  Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

“Orada zəlzələ olub və yenə də olacaq”, – deyə Q. Yetirmişli qeyd edib.

“Günəşli”, “Ümid” və “Bahar” yataqları ətrafında, platformaların üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?” sualına cavab olaraq direktor qeyd edib ki, həmin stansiyalar alınıb, lakin quraşdırılmayıb: “Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz var. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın anbarındadır”.

Qeyd edək ki, noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

Xatırladaq ki, dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Son bir il ərzində Xəzər dənizində neçə iri faciə yaşanıb. Günəşli yatağında baş verən faciə, estakadanın içərisindəki fəhlə ilə suya düşməsi avadanlıqların köhnə olması üzündən yaşananlar sadəcə olaraq məsuliyyətsizliyin nəticəsi sayıla bilər. Eyni zamanda hazırda seysemik avadanlıqların yerləşdirilməsi üçün vəsaitin ayrılmaması daha bir iri faciəyə yol aça bilər. Çünki ekspertin də vurğuladığı kimi Azəri-Çıraq-Günəşli yatağının ətrafında zəlzələ ocaqları var. Həmin ocaqların fəaliyyəti barəsində isə təhlükəsizlik üçün vaxtaşırı məsulamt toplanılmalıdır.

mirvari-qehremanli3

Netçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, xüsusi avadanlıqların Azəri-Çıraq-Günəşli yataqlarına yerləşdirilməməsi sadəcə olaraq məsuliyyətsizlik, vəzifənin öhdəsindən gələ bilməməkdir: «Əgər güclü zəlzələ olarsa,dəyən iqtisadi ziyanın məbləği bu aparatların qiymətindən qat-qat baha başa gələcək. Bu sahəyə cavabdeh olanlar indiyə qədər baş vermiş faciələrdən dərs götürməyiblər. Dərs olsa idi hər bir qurum ölkədə baş verən qəza, yanğın, sel hadisələrini ətraflı müzakirə edib, qiymətləndirmə aparıb, bunların qarşısının əvvəlcədən alınması üçün müəyyən tədbirlər planı, strategiya hazırlayardılar».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam