Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda 9 ballıq zəlzələ gözlənilir?– AÇIQLAMA + VİDEO

Bakıda 9 ballıq zəlzələ gözlənilir?

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bir müddət əvvəl Bakıda 8-9 bal gücündə zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

 

Yenixeber.org: Xəzər TV-yə istinadən məlumatına görə, o, qeyd edib ki, mütəxəssislərin fikirləri yanlış anlaşılıb:

“Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır. Amma bu o demək deyil ki, həmin gücdə zəlzələ gözlənilir”.

Qurban Yetirmişli ölkədə seysmoloji vəziyyət stabil olduğunu deyib.

Seysmoloji Mərkəzin direktoru həmçinin bildirib ki, Xəzərdə baş verən seysmik prosesləri ölçmək üçün Milli Elmlər Akademiyası tərəfindən dib seysmometrləri alınıb, lakin onlar üç ilə yaxındır ki, həmin cihazlar anbarda qalıb:

“Fövqəladə Hallar Nazirliyi və Milli Elmlər Akademiyası Xəzərdə dib seysmometrlərinin quraşdırılmasına dəstək olmaq üçün SOCAR-a müraciət edib”. 

Qurban Yetirmişlinin sözlərinə görə, Xəzərdə potensial gücə malik zəlzələ ocaqları var. Bu baxımdan da risklərdən qorunmaq üçün yeni cihazlar önəmli rol oynayacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam