Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Azərbaycana 350 ton zəhərli buğda göndərilməsinə cəhd olunub

Rusiyanın Stavropol diyarında Azərbaycana göndərilməsi planlaşdırılan 350 ton zəhərli buğda saxlanılıb.

Xeberinfo.com:    Stavropol diyarının gömrük idarəsinin mətbuat xidmətinə istinadən xəbərə görə, buğda keyfiyyətinin qiymətləndirilməsi mərkəzinin mütəxəssisləri fuzarioza yoluxmuş 5 vaqon buğda aşkar ediblər.

“Gömrük İttifaqının texniki reqlamenti üzrə norma 1%-dən az olsa da, buğda partiyasında zərərli qarışıqların payı 1,5-dən 3,5 faizə qədər olub”, - məlumatda bildirilir.

Bu səbəbdən buğda yükünə keyfiyyət sertifikatı verilməyib. Ümumi çəkisi 350 ton olan məhsul Azərbaycana göndəriləcəkdi.

Fuzarioz buğda – fuzarium növünə aid göbələklə zəhərlənmiş buğdadır. Bu cür buğdadan alınan un qida üçün yararsızdır. Fuzarioz buödadan alınan “sərxoş çörək” sərxoşluğa bənzər əlamətlərlə üzə çıxan zəhərlənməyə (fuzariotoksikoz) səbəb olur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam