Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dövlət Taxıl Fondu üçün buğda tədarükü elan edildi

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2015-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğda tədarükü elan edib.

"Xeberinfo.com":  Məlumata görə, Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman" MMC, “Karat-Holdinq”, “Karmen" MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC,  “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə cari ilin iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN  olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün -750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla

buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla

yapışqanlığın keyfiyyəti (göstərici: 65-85)

VI.  Şüşəvarilik - 3-cü sinif buğda üçün - 40-45% hüdudlarında

VII.  İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad-yol verilmir

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir

IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün-yol verilmir

X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş lsaboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam