Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Qarovulçunu döydürən “Range Rover”li qadının alim əri tutuldu

Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, “Marriott Absheron” otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində qarovulçu işləyən gənci az qala ölümcül döydürən “Range Rover”li qadın əhvalatı ilə bağlı qalmaqala son qoyulub.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, qadının qarovulçunu döyüb ona ağır xəsarətlər yetirmiş əri hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Onun adı da açıqlanıb.

Xatırladaq ki, əhvalat bir neçə gün əvvəl baş verib. ....003 dövlət nömrə nişanlı “Range Rover”lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı “Room” mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri virtualaz.org-a danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.

Bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən “AA” seriyalı avtomobillə gələn şəxs-qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları bu hadisə barədə məluma yaymayıblar. Bununla belə virtualaz.org döyülən şəxsin kimliyini müəyyənləşdirmişdi. Həmin şəxs 26 yaşlı Gülüşov Famil Fazil oğlu idi. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə həmin şəxsi döyənin adını açıqlamamamışdı. Bildirmişdi ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir. “Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın”-Orxan Mansurzadə bildirdi.

İndi hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, qarovulçunu döyən şəxs artıq saxlanılıb və ona qarşı həbs qətimkan tədbiri seçilib. Bu, DİN və prokurorluq orqanlarının birgə işi sayəsində mümkün olub. Mənbə bildirib ki,qarovulçunu vəhşicəsinə döyüb ona ağır xəsarətlər yetirən şəxs Azər Cəfərlidir. O, cinayəti törədəndən dərhal sonra Bakıdan qaçıb və İmişli rayonunda gizlənib. Lakin həmin şəxsin gizləndiyi yer müəyyən edilib və iki gün əvvəl tutularaq Bakıya gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam