Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Gelenvagen”, “Lamborgihini”, “Range Rover”lər cərimə meydançasına aparıldı

 

mersedes-qalendevagenÖtən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb.

Xeberinfo.com:   Avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri Ziya Məmmədovun qohumları və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır. Amma bu məbləğin cərimə, yaxud rüşvət olduğu bəlli deyil.

 Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov faktı təsdiq edib.

 47 avtomobil “səs-küy” saldığına görə cərimə meydançasındadır…

Vaqif Əsədov bildirib ki, ötən həftə ərzində 47 belə avtomobil yol hərəkətindən uzaqlaşdırılıb:
“Yol polisi zəruri tədbirləri görməklə təhlükəsizliyi tam təmin edib, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatdırmağa çalışır. Hər bir polis əməkdaşı dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparır. Xidmət aparılan zaman yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilirsə, məsuliyyətə cəlb olunurlar.

Təkcə ötən həftə ərzində mühərrikinin səsboğucusuna müdaxilə edilən 47 avtomobil saxlanılıb və onlar yol hərəkətindən uzaqlaşdırılıb. Həmin maşınlar müvəqqəti dayanacaqlarda saxlanılır.

Həmin avtomobillərdə mühərrikin qazanına müdaxilə edilib və səsboğucunu standarta uyğun olmayan səviyyəyə gətiriblər.

Sürücülərə diqqətinə!

Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün avtomobil sürücülərinə müraciət edib:

“İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun, zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir, konstruksiya dəyişikliyi aparılırsa,  əlavə avadanlıq qoyulursa, bu, qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər cəriməsi var”.

“Gelenvagen”, “Volkswagen”, “Range rover” cərimə meydançasında…

Vaqif Əsədovun sözlərinə görə, cərimə meydançasına aparılan avtomobillər brend markalardandır:

“Ötən həftə saxlanılan avtomobillər arasında bütün növ brend markalarından – “Gelenvagen”, “Volkswagen”, “Range rover”, “Lamborgihini” və başqa bahalı avtomobillər var. Bildirim ki, avtomobillərin saxlanılması markadan, dövlət nömrə nişanından asılı deyil. Kimliyindən asılı olmayaraq, qanunvericiliyin tələblərini pozan hər kəs tərəfimizdən saxlanılır və barəsində müvafiq tədbir görülür”.

Gömrük bu cür avtomobilləri niyə ölkəyə buraxır?

V.Əsədov zavodda istehsal prosesində bu cür səsboğucu qoyulan maşınların Azərbaycana gətirilməsinə də münasibət bildirib:

“Hər kəs öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Mən gömrük işçisi kimi vətəndaşa deyə bilmərəm ki, bu avtomobili gətir, yaxud gətirmə. Gömrük funksional vəzifəsinə aid olanları qeyd edir. O tələblərə uyğun fəaliyyət göstərir, onlar avro-5 standartına nəzarət edir. Mən deyə bilmərəm bu məsələlərə niyə nəzarət etmir, niyə qadağa qoymur? Amma yol polisinin səlahiyyətindədir ki, bu cür avtomobillərin istifadəsinin qarşısını alsın”. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam