Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Şəkidə dəhşətli intihar – məhkəmədən çıxıb özünü asdı

intiharŞəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib. 

Xeberinfo.com:   1964-cü il təvəllüdlü Məhəmmədhəsənov Nüsrət Fikrət oğlu dünən özünü meşədə asıb.

Belə ki, N.Məhəmmədhəsənov bir müddət öncə üzərində qanunsuz silah olduğu üçün saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah daşıma) maddəsi ilə cinayət işi açılıb. Hazırda isə Şəki şəhər məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

N.Məhəmmədhəsənov dünən növbəti məhkəmə iclasında iştirak edib. Prosesdən sonra rayondan kəndə qayıdan dağ yolunda meşədə özünü asıb.

Onun evə gəlmədiyini biləndən sonra axtarışlara başlanılıb və bu gün meşədə asılmış meyiti tapılıb.
Araşdırma aparılır.

Qeyd edək ki, Məhəmmədhəsənov Şəkidə imkanlı şəxs kimi tanınır və uzun müddət ovla məşğul olub. Mərhumun ferması, villası və marketləri var. (Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam