Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət işçisi intihar etdi

Zaqatalada intihar hadisəsi baş verib. Dövlət məmuru özünü asıb.

 

Xeberinfo.com:   Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, 1964-cü il təvəllüdlü Pənah Şeyyub oğlu Osmanov özünü işlədiyi Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində asıb.

Onun asılmış meyitini birliyin işçiləri səhər işə gələrkən görüblər və dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hazırda hadisənin başvermə səbəbləri ərazidə olan polis və prokurorluq əməkdaşları tərəfindən aparılır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Zaqatalada sonuncu intihar oktyabr ayının 2-də rayonun Aşağı Tala kəndində qeydə alınıb. 1927-ci il təvəllüdlü Zeynalabid Süleyman oğlu Mahmudov gecə saatlarında özünü yaşadığı evin həyətində asıb.

Onun meyitini səhər saatlarında ailə üzvləri asılmış vəziyyətdə aşkar ediblər. 

Sakinlər Zeynalabid Mahmudovun uzun illərdir ki ruhi xəstə olduğunu bildirmişdilər.Ailəsi tərəfindən hər hərəkətinə diqqət edilən qoca gecə saatlarında ailə üzvlərinin yatmış olmasından istifadə edərək bu yola əl atıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam