Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Şəmkirdə toyda dava: qonşular düşmən oldu (VİDEO)

Şəmkirin Keçili kəndində qonşunun qonşu tərəfindən döyülməsinin təfərrüatları məlum olub.

Xeberinfo.com:   Kəpəz TV (Region TV) xatırladır ki, kənd sakini, 57 yaşlı Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralıya dərhal yardım göstərildikdən sonra palataya yerləşdirilib. Həkimlər Əliqazax Süleymanovun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

həkim Anar Qasımov deyib: “Şöbəmizə Süleymanov Əliqazax sol altıncı qabırğanın sınığı diaqnozu ilə müraciət edib. Xəstəyə yardım göstərilib, hazırda stasionar müalicədədir. Söyləməsinə görə, döyülərək xəsarət alıb”.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliqazax Süleymanovu qonşuları Qabil Qasımov və oğlu Böyükkişi Qasımov döyüb. Belə ki, qonşular birlikdə toyda yeyib-içdikdən sonra evlərinin qarşısında zarafat ediblər. Bundan sonra isə qonşular arasında mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam