Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Toyda kütləvi dava

 

  Göyçay şəhərindəki şadlıq saraylarından birində təşkil olunan toy mərasimində kütləvi dava olub.
    "Xeberinfo.com": Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, toy mərasimində göyçaylı qızla Qəbələ rayonundan olan oğlanın qohumları arasında yaranan anlaşılmazlıq davaya səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, oynamaq üçün tamada tərəfindən yalnız gəlinin qohumlarının dəvət edilməsini bəyin qohumları özlərinə qarşı saymazlıq sayaraq toyda dava salıblar.
    Dava zamanı gəlinin qohumları bəyin xalası oğlu, Qəbələ şəhər sakini 1990-cı il təvəllüdlü Babayev Baba Şərif oğluna, xalası 1963-cü il təvəllüdlü Babayeva Solmaz Müzəffər qızına və onun həyat yoldaşı. 
     1961-ci il təvəllüdlü Babayev Musa Zəfər oğluna, eləcə də bəyin yaxınları - 1981-ci il təvəllüdlü Səlimov Ramil Şəfail oğluna, 1989-cu il təvəllüdlü Səlimov Kamil Şəfail oğluna küt alət və yumruqla xəsarət yetiriblər.
   Yaralılar əvvəlcə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan onlar Qəbələ Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam