Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Şəkərli xəstələrə içərisinə su doldurulmuş “dərmanları” necə satırlar…

sheker spreyAzad İstehlakçılar Birliyinə “Şəkərli diabetin müalicəsində yenilik”, “qanda şəkərin azalması”, “qanda xolesterinin azaldılmasına yardım” kimi reklam edilən fitospreylərlə bağlı şikayətlər daxil olub. Araşdırma zamanı məlum olub ki, spreylərin içərisinə hər hansı bir dərman deyil, su doldurulub.

Xeberinfo.com:  Bu barədə təşkilatın rəhbəri Eyyub Hüseynov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, 76-80 manata satılan spreyləri internet vasitəsilə sifariş etməklə də almaq mümkündür: “Təşkilata müraciət edən şikayətçilər bildirirlər ki, spreyləri qanda xolesterinin azaldılmasına təsir edən dərman kimi alıblar. Preparat sifariş ediləndən sonra poçt vasitəsilə çatdırılır”.

Spreylərin Moskvadan göndərildiyi bildirilsə də, içərisində Azərbaycan dilində təlimat var: “Təlimatda yazılanlarla reklamda göstərilənlər fərqlidir. Məlum olur ki, bu spreylər nə şəkərli diabet xəstələrinə, nə də arıqlamaq arzusunda olanlara təsir etmir. Araşdırma zamanı o da məlum olub ki, Azərbaycanda bu spreylərin satışı ilə məşğul olanlar var. Onların ofisi Mirəli Seyidov küçəsi, 48 ünvanında yerləşir”.

Azad İstehlakçılar Birliyi məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib.

Qeyd edək ki, dərmanın təlimatında spreyin yeməkarası 3-4 dəfə istifadə edilməsi məsləhət görülüb. Dərmanın tərkibinə vurulan xüsusi enerji yaradan maddə aclıq hissini azaldırmış.

E.Hüseynov isə vətəndaşlardan onlayn mal və məhsul sifariş edərkən ehtiyatlı olmalarını tövsiyə edir. (virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam