Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

Şəkərin yeni təhlükəsi aşkarlanıb

Şəkərin yeni təhlükəsi aşkarlanıb

 

Londonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb

 

Yenixeber.org: Elmi işin nəticələri “Science Alert” jurnalında dərc olunub.

Elmi iş 2002-ci ildə başlamış uzunmüddətli “English Longitudinal Study of Ageing” tədqiqatı əsasında aparılıb. Alimlər təxminən 10 il ərzində 50-dən çox yaşı olan 5189 nəfərin səhhətinin monitorinqini aparıb. İştirakçıların yarısı kişi, yarısı qadın olub. Müşahidələrdə iştirakçıların koqnitiv (zehni) bacarıq səviyyəsi, qanın tərkibində olan HbA1c - qlikat hemoqlobin (onun əsasında şəkərin qandakı uzunmüddətli konsentrasiyasını müəyyən etmək mümkün olur) miqdarı qiymətləndirilib.

Bütün iştirakçılarda qocalma ilə əlaqədar koqnitiv bacarıqların zəifləməsi müşahidə olunsa da,  tədqiqatçılar yüksək HbA1 miqdarının zehni inkişaf səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqəli olduğunu müəyyən edib. Bu, özünü yaddaşın hərəkətləri planlaşdırmağa və seçməyə  imkan verən, insanın hansı stimullara reaksiya göstərməsini müəyyənləşdirən icra funksiyalarının pisləşməsində büruzə verib.  

İkinci tip diabet (insulindən asılı olmayan) Alzheymer xəstəliyi riski yaratdığı artıq tədqiqatçılara məlum olsa da, neyrodegenerativ xəstəliklərin birbaşa olaraq qandakı şəkər miqdarı ilə əlaqəli olduğu ilk dəfə olaraq elmi cəhətdən isbatını tapıb. Koqnitiv bacarıqların pisləşməsi diabetdən əziyyət çəkməyən, ancaq qanında yüksək HbA1c miqdarı olan iştirakçılarda müşahidə olunub (42-47 millimmol mol). Bu, diabet öncəsi vəziyyət üçün xarakterikdir.

İkinci tip şəkərli diabet metabolik xəstəlik sayılır. Daha çox artıq çəkidən əziyyət çəkən insanlarda formalaşır, həmçinin insanlarda diabetə genetik təmayülün olduğuna dair elmi sübutlar var. Ən geniş yayılmış müalicə metodlarından biri aşağı şəkər miqdarlı dietadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam