Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəlilabad səhiyyəsində "şəkərli diabet" bazarlığı

08c191360845493_celilabad.jpg - 24.66 KB

Xeberinfo.com:  
Qafqaznews.az bildirir ki, son günlər Cəlilabad rayon səhiyyəsində baş verən qanunsuz əməllər vətəndaşları hərəkətə keçməyə məcbur edib . 


Bölgə müxbirimiz Murad Hüseynovun əldə etdiyi məlumatlardan məlum olub ki,Cəlilabad Səhiyyə Şöbəsində əhaliyə edilən pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır . Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və onlara dərman pereparatlarının verilməsi ilə bağlı əhali arasında son bir neçə aydır kı, böyük narazılıqlar baş qaldırıb .
Bunlara səbəb isə vaxtı -vaxtında şəkərli diabet xəstələr üçün nəzərdə tutulan dərmanları və lazım olan şəkər analizi üçün çübuqların vaxtı -vaxtında verilməməsi olub .Rayon sakini Atduxan Tağıyev müxbirimizə bildirib ki ,üç aydan çoxdur ki ,şəkər dərmanlarını lazımı vaxtlarda ala bilmir. 
“Mən ağır xəsdəyəm,həyatım mənə verilən dərmanlardan asılıdır, hər gün şəkər aparatı ilə qanımı analiz etməliyəm. Şəkər çübuqlarım isə qurtarıb. Bununla bağlı dəfələrlə Cəlilabad rayonunun baş həkimi İlham Əliyevə müraciət etmişəm. Ancaq mənə yalnız onu deyirlər ki,darıxma, dərman olan kimi sənə dərman verərik. Bir sözlə lazımı dərmanları çox çətinliklə əldə edə bilirik” ,- şəkərli diabet xəstəsi deyir.
Şikayətçi bizə onu da bildirdi ki ,əvvəllər mənim kimi ağır xəstələrin dərmanları yaşadığı ərazidəki xəstəxananın baş həkimləri tərəfindən verilirdi.Lakin artıq üç aydır ki , bizə bunu da çox görürlər.Yaranmış problemin səbəbi ilə maraqlandıqda xəstələr bunun cavabını belə izah edirlər: 
“İlham Əliyev Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunandan biz xəstələrin günü qara olub. Belə ki,vaxtı -vaxtında dərman ala bilmirik, baş həkim, qoyduğu yeni qayda - mərkəzləşdirilmiş qayda ilə bizlərə zülm edirlər. Təsəvvür edin ki, Cəlilabad rayonun iki böyük şəhər və 117 kəndi əhatə edir və elə kəndlər var ki ,rayondan çox üzaq uçqar dağ kəndləridi. 
Biz gərək hər ay fəsilin hansı ayı olur -olsun ,rayonun hansı kəndində, qəsəbəsində yaşamağımızdan aslı olmayaraq cibimizdən ən azından 5-8 manat pul xərcləyib Cəlilabad rayonuna gələk. 3500 nəfər xəstə arasında qışın şaxtasında ,qızmar yay günündə nöbəyə düzülüb dərman almalıyıq . Təsəvvür edin ,bu gün Cəlilabad rayonunda yüzlərlə hərəkəti məhdud olan insanlar var .Belə çıxır ki, belə xəstələr dərmansız qalıb ölməlidirlər,ya da dərman ehtiyaclarını təmin etmək üçün çox vaxtə məcbur olub zaman öz ciblərinin pulları ilə apteklərdən dərman alımalıdırlar”.
Digər xəstə, Göytəpə şəhər sakini ,şəhid atası Mürvət müəllim də yaranmış vəziyyəti və qanunsuzluqları təsdiqləyərək bildirdi ki, neçə illərdir ki, iflic olub, o həm də şəkərli diabet xəstəsidir. 
“Kimsə bu günə kimi gəlib mənim qapımı açıb demeyib ki, axı bu evdə vətən uğrunda şəhid olmuş bir igidin valideyini köməksiz vəziyyətdə yataq xəstəsidir ,bəlkə bunun nəyəsə ehtiyacı var? Əksinə mənim kimi köməksiz insanlar dövlət proqramında nəzərdə tutulan dövlət qayğısından məhrum olunur, şəkər dərmanlarımı belə ala bilmirəm . Alanda isə bir çox yerlərə müraciət etdikdən sonra ,şikayət gücünə ala bilirəm”-rayon sakini Mürvət müəllim deyir. 
Müxbirimizin Cəlilabad rayon səhiyyəsində mövcud olan problemlərlə bağlı vətəndaşlar arasında apardığı sorğu da bir daha onu göstərmişdir ki, Cəlilabad rayon səhiyyəsində böyük bir maliyyə maxinasiyası baş alıb gedir. Şəkərli diabet xəstələri üçün olan dərmanlarının rayonda mərkəzləşdirilmiş qaydada əhaliyə verilməsi bir daha onu subut edir ki ,dərman pereparatlarına ayrılan pulların bir qismi bəzi məmurların cibinə axır. 
Maxinasiyanın mexanizmi isə belədir,məsələn, rayonun bir çox qəsəbələrinin və kəndlərinin bütün xəstələri rayona gəlib saatlarla növbə tutaraq resept vasitəsi ilə dərman almalı olurlar. Təbii ki,belə bir halda minlərlə şəkərli diabet xəstəsi bu cür basırığı görüb onlara veriləcək pulsuz dərmanı almaqdan vaz keçir ,yəni , xəstələrin əksəriyyəti əlavə yol xərcini nəzərə alıb dərmanları öz şəxsi vəsaitləri ilə almağı üstün tuturlar .Belə bir mərkəzləşdirilmiş qayda isə yuxarıda əyləşən bəzi işbazların ustalıqla həyata keçirdiyi gəlir mənbəyinə çevrilir. 
Bu yolla hər ay dövlət büdçəsindən minlərlə xəstə üçün ayrılan böyük məbləğdə pul məmurlar tərəfindən mənimsənilir . Sonda rayondakı şəkərli diabet xəstələr bizdən xahiş etdilər ki mətbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə və səhiyyə naziri Oqtay Şirəliyevin diqqətinə çatdıraq ki, Cəlilabad səhiyyəsi şəkərli diabet xəstələrinin qayğısına qalmır ,onlara biganə baxılır .
”Tələbimiz budur ki, dövlət praqramında nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir ərazidə və kəndlərdə bizim kimi xəstələrin dərman peraparatlarını rahat şəkildə əldə etməsi üçün xüsusi apteklər olsun”-rayon sakinləri bildiriblər. 
Məsələ ilə əlaqədar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yollandıq,ancaq xəstəxananın baş həkimi İlham Əliyevli tapa bilmədik. İki gün get- gəl etdik, sonda onun katibəsi bizə bildirdi ki ,həkimin başı qarışıqdır. Bizim “axı iş zamanı həkim yerində olmlıdır”fikrimizə isə katibə bildirdi ki, seçkiqabağıdır və prezdentin cənub bölgəsinə səfəri var, buna görə də həkimin gecəsi- gündüzi yoxdur,yeni tikilən xəsdəxanada təmizlik işi ilə məşğuldur.
Biz də ərinməyib baş həkimin necə təmizlik işi ilə məşğul olmasını gözümüzlə görmək üçün deyilən ünvana yolladıq .Doğrudur bər-bəzəkli bir xəstəxana inşa edilib və xeyli kostyumlu,qalustuklu şəxslərin təmizlik işi ilə məşğul olduqunu gördük. Maraqlandıq ki, İlham həkim lazımdır, bildirdilər ki, onu iş dalınca göndəriblər.Bir sözlə baş həkimi görə bilmədik .Hər halda baş həkimin gördüyü iş nə qədər vacib olsa da ,şəkərli dibet xəstələrinin problemi də az əhəmiyyətli məsələ deyil.
Bizi izləyin,məsələyə yenidən qayıdacağıq və Cəlilabad rayon xəstəxanalarında gedən pərdəarxası oyunlardan xəbərdar olacaqsınız...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam