Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

"MTN təxribat versiyasını araşdırır” - VİDEO

45

“Qayıqlardan biri dənizə düşüb və partlayıb. Onun içindəki insanlar isə dənizə düşüb”

“Həmin gün çox güclü külək əsirdi. Küləkli hava uzun müddət davam edib – təxminən 27 saat. Bu da dalğaların hündürlüyünü artırıb. Qaz quyularından 10-cu platformaya gələn kəmər dalğanın gücünə davam gətirməyərək partlayıb”.

Xeberinfo.com:   Məlumata görə, bunu mətbuat konfransı keçirən SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
“Günəşli” platformasındakı yanğının səbəblərini izah edən X.Yusifzadənin sözlərinə görə, həmin qaz kəmərinin partlaması da yanğına səbəb olub: “İşıqlar sönüb və adamlar özlərini itirib. Bununla belə neftçilər yenə də təlimata uyğun olaraq öz işlərini görüblər. Qayıqlardan istifadə edib azad olublar. Qayıqların birində 26, digərində 32 adam olub. Onlar gələn xilasedici qayıqları gözləsələr də dalğanın hündürlüyü xiladedicilərin yaxınlaşmasına imkan verməyib”.

Xöşbəxt Yusifzadə deyib ki, dekabr ayının 4-də güclü külək baş verib və küləyin sürəti saniyədə 38-40 metrə çatıb və çox davam edib: “Adətən külək 4-5 saat dava edir, bu dəfə isə külək 27 saatdan artıq davam etdi.Buna görə də dənizdə ləpənin hündürlüyü 8-10 metrə çatdı. Bu vəziyyətdə patformaya gələn qaz kəmərində partlama baş verib. Platformada olan insanlar qayıqlara minib xilas olmağa çalışıb”. 

X.Yusifzadə qeyd etdi ki, axşam saat 22:30 radələrində qayıqlardan biri dənizə düşüb və partlayıb. Onun içindəki insanlar isə dənizə düşüb. Onların qoruyucu jiletləri olsa da gecə onları görüb xilas etmək çətin olub və yalnız 3-nü xilas ediblər, qalanların axtarışı davam edir. Digər qayıqdakıların hamısı isə xilas olub: “Qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub. İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir.

Hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir.
Bu gün matəm günü elan olunub. İnsanın xöşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. Əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur.
Dalğa və külək güclü olduğu üçün gəmilər bir kəmərdə olan yanğını söndürə bilməyib və yanğın digər quyuya da keçib”
“Dövlər Neft Şirkəti əlindən gələni edir. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də hadisə yerindədir” – deyə Xoşbəxt Yusifzadə əlavə edib.

Hazırda 29 nəfərin itkin sayıldığını və onların tapılması istiqamətində bütün tədbirlərin görüldüyünü deyən Yusifzadə əlavə edib ki, “Günəşli” platforması 1984-cü ildə tikilib və istismar müddəti 50 ildir: “Hazırda orada işlək vəziyyətdə 28 quyu var. Onların 24-ü neft quyusudur, digərləri isə qaz quyusu. Biz o platformadan gün ərzində 1 milyon 80 min kubmetr qaz, 900 ton neft alırıq. Yanğın başlayan kimi qaz gələn kəmərlər bağlandı. Yanan qaz kəmərin içində qalan qaz idi”.

Jurnalistlərin sualına cavab olaraq, Xoşbəxt Yusifzadə bildirib: “Kəmər güclü küləyin təzyiqi altında partlayıb. Təxribatın olmasına şəxsən mən inanmıram”, – deyə o bildirib.

X. Yusifzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri də daxildir və bu versiya araşdırılacaq.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kömək təklifinə cavab verib.Yusifzadə Azərbaycanın yanğını öz gücünə söndürmək imkanında olduğunu bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Problemi öz qüvvəmizlə həll etmək imkanımız, yanğını söndürmək gücümüz var”.

SOCAR-ın digər vitse-prezidenti Xaliq Məmmədov itkin düşənlərin axtarış işləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə hazırda Sərhəd Qoşunlarının 7, FHN-in isə 4 helikopteti itkin düşənlərin axtarışlarını davam etdirir: “Baş nazir Artur Rasiadə SOCAR-a gəlib, hesabatı dinləyib. Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, itkin düşənlərin axtraşına qoşulsunlar, çünki onların ərazisinə keçmiş ola bilərlər”.

2szFövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev xilasetmə işləri barədə məlumat verib bildirdi ki, hava şəraitinin kəskin pis olması helikopterin platformaya oturmasına və xilasedici gəmilərin ora yaxınlaşmasına imkan verməyib: “4 helikopter və şəxsi heyət 29 nəfərin axtarış işlərini aparır. Hazırda yanğının söndürülməsi işləri də davam etdirilir”.

Etibar Mirzəyevin sözlərinə görə, qəza baş verən platformadan 40 km aralıda helikopter tərəfindən neftçilərə məxsus olduğu güman edilən əşyalar aşkarlanıb: “Ora FHN işçiləri göndərilib. Dənizdə olan bütün gəmilər itkin düşənlərlə bağlı məlumatlandırılıb”.

Etibar Mirzəyev bildirib ki, FHN-in yanğınsöndürən gəmiləri hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.Nazir müavini itkin düşənlərin axtarışının da davam etdirildiyini bildirib. Onun sözlərinə görə, axtarışa FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 4 helikopteri cəlb olunub.
Bundan başqa, E. Mirzəyev Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.
E.Mirzəyev musavat.com-un müxbirinin sualına cavab olaraq bildirib ki, bu gün dənizdən heç bir neftçi çıxarılmayıb: “33 nəfər sağ çıxarılıb. Bir nəfərin meyiti çıxarılıb.
29 nəfər də itkindir. Bundan başqa yazılanlar və deyilənlər yalandır”

 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam