Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Günəşli" yatağı hələ də yanır

 

“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir.

Xeberinfo.com:   Dekabrın 4-ü saat 18 radələrində “Günəşli” neft yatağının 10-cu platformasında qaz sızması nəticəsində güclü yanğın baş verib. Yanğınla bağlı xəbərləri təqdim edirik. Ən yeni xəbər üstə olandır.

SOCAR və “Azneft” İstehsalat Birliyinin rəhbərliyi, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Bunu “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan deyiblər.

Qərargahdan qeyd ediblər ki, yataqda yanğın davam edir, çünki güclü külək və yüksək dalğalar səbəbindən onun söndürülməsi çətinləşir. İnsan itkisi yoxdur, bütün personal dənizdə xilasetmə qayıqlarındadır. Personalın təxliyyə edilməsi üzrə işlər aparılır.

Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.

***

SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub. Bu barədə SOCAR-ın facebook səhifəsində məlumat verilib.

“SOCAR prezidenti səhər saatlarında platformadakı yanğın yerində olub” – deyə məlumatda bildirilir.

Məlumata görə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb və 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar.

Təsdiqlənməmiş digər məlumatlara görə isə yanğın nəticəsində ölənlər və yaralananlar var.

***

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dekabrın 5 saat 11:20 radələrində özünün feysbuk səhifəsində yanğınla bağlı yeni məlumat paylaşıb. məlumatda deyilir:

“Mənə daxil olan məlumatda (dəqiqləşdirməyə çalışıram); xilasedici qayıqlardan (rezin qayıq) birinin içində 36 nəfər(bəziləri 26 nəfər deyir) olub.Qayıq ağırlığa dözməyib partlayıb. 36 nəfərdən 2-si xilas ola bilsə də, (birinin adı Asifdir-qazmaçı) qalanları haqqında məlumat yoxdur. Daha bir məlumatda deyilir ki, 5 nəfəri gəmi götürə bilib. Onlardan 4-ü ağır yaralıdır”.

***

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində dekabrın 5-nə keçən gecə, saat 1.30 radələrində məlumat paylaşıb ki, yanan platformadakı işçilər təhlükəsiz yerə çıxa bilməyiblər. Onlar az tutumlu qayıqlarda platforma ərazisində gözləyirlər. Onları başqa yerə köçürmək mümkün olmur. Onları xilas etmək üçün əraziyə nə gəmi, nə də vertolyot yaxınlaşa bilir. Yaralı və ya tələfat barəsində isə heç bir məlumat yoxdur. M.Qəhrəmanlı qeydlərində platformadakı işçilərdən birinin ailəsinə istinad edib, lakin ad açıqlamayıb.

***

“Günəşli” yatağındakı yanğını söndürmək üçün əraziyə göndərülən gəmilər artıq alovu söndürməyə başlayıb. Yanğın baş verən ərazidən xilas edilən işçilər isə yaxınlıqda olan platformalara yerləşdirilir. Bunları ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, dənizdə güclü dalğalar olduğundan əraziyə göndərilən gəmilər yanğın baş verən platformaya yaxınlaşmaqda çətinlik çəkir.

Qurbanov qeyd edib ki, alovun söndürülməsi ilə “BP” və SOCAR-ın yanğın söndürən gəmiləri və FHN xususi texnikaları məşguldur. Lakin küləkli havaya görə yanğının söndürülməsində çətinlik yaşanır. Hətta havadan dəstək verən helikopterlər də çətinlik çəkir.

***

ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS-ə deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür. Yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

***

“Yanğın söndürülmək üzrədir. İşçilərin hamısı xilas edilib”. Bunu ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, işçilərdən heç kim xəsarət almayıb: “Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Külək və 8 metrə yaxın dalğa olduğundan gəmilər hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkir”.

İ.Qurbanov bildirib ki, FHN-nin helikopterləri hadisə yerindədir.

***

Yanğın barədə ilk məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı feysbuk səhifəsində paylaşıb. O qeyd edib ki, platformada 84 nəfər çalışır. Yanğınsındürən gəmi platformaya yan ala bilməsə də, işçilər kiçik qayıqlarla xilas olmağa çalışırlar.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Bir qədər sonra isə SOCAR rəsmi məlumat yayıb. Məlumatda deyilir:

“Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur. Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir. Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb“.

Sosial şəbəkələrdəki müzakirələrdə məlumatlar paylaşılır ki, platformanın xeyli hissəsi yanıb. İşçilərlə əlaqə kəsilib. İşçilərin kiçik qayıqlarla xilas olmasını dənizdəki güclü dalğalar çətinləşdirir.

İşçilərin platformadakı vertalyot meydançasına yığıldığını, amma gəmilərin onalrı götürmək üçün platformaya yan ala bilmədiyi də deyilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam