Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

MTN-in “Moskva” univermağında “10-luq” qızıl əməliyyatının qurbanları

 

MTN ətrafında yaşananlar ölkə mediasının bir nömrəli mövzusuna çevrilməkdə davam edir. Müvafiq strukturların baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsi, yaxud tapmacavari xəsislilklə informasiyalar verməklə cəmiyyətdə şayiələrin daha da əl - qol açmasına rəvac verməsi vəziyyəti daha da mürəkkəbləşdirib.

"Xeberinfo.com":   Məlumata görə,  baş verənlər bu gündək susmağa üstünlük verən, daha doğrusu, MTN əməkdaşları tərəfindən başına müsibətlər gətirilsə də qorxusundan cınqırını çıxara bilməyən minlərlə iş adamını, xırda sahibkarı ürəkləndirib. Onlar artıq yavaş - yavaş vaxtilə MTN - dəki "hacı məmmədovlar"ın onlara necə divan tutduqlarını dilə gətirməyə başlayıblar...
Moderator.az - a daxil olan bir özəl məlumata görə bir neçə ay öncə MTN "ayıboğanlar"ı Bakının ən məhşur ticarət məkanlarından olan "Moskva" univermağında əməliyyat keçiriblər. Əməliyyat zamanı onlarla adam istintaqa, yersiz get - gəllərə cəlb olunub və onların əksəriyyətindən külli miqdarda pul aldıqdan sonra sərbəst buraxıblar. 
Sən demə, nazirlik əməkdaşları saxta "onluq" qızıl izinə düşüblərmiş və buna görə də adıçəkilən ticarət mərkəzindəki əksər "polka" sahibləri məhşər ayağına çəkilərək incidilib. Baş verənlərdən müfəssəl məlumatlı olan mənbənin bildirdiyinə görə MTN - çilərin nə qədər saxta onluq qızıl tapdıqlarını kimsə bilməsə də həmin əməliyyat zamanı külli miqdarda rüşvət alındığı barədə hamının xəbəri olub. Amma bu günədək hamı "susmaq qızıldır" məsəlinə riayət edərək başına gələni açıb ağartmaq istəməyib. İndi isə necə deyərlər, çərxi - fələk tərsinə dövran etdiyinə görə danışmağa başlayıblar...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam