Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Keçmiş rəisin ölümünə səbəb olan bank işçisi həbs edildi

 

Ötən ilin oktyabrın 10-u Sumqayıt şəhəri Bulvar küçəsində ağır qəza törədən 1986-cı il təvəllüdlü Timur Məmmədovun məhkəməsi keçirilib.

Yenixeber.org xəbər verir ki, “Chevrolet Camaro” markalı 10 DL 066 dövlət qeydiyyat nişanlı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vurub öldürən sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, banklardan birinin əməkdaşı olan Timur qəza zamanı avtomobili təyin edilmiş sürət həddindən yüksək sürətlə idarə edirmiş. O, hadisə vaxtı öndə gedən digər avtomobilin piyadanı görməsini çətinləşdirdiyini və hadisənin ani baş verdiyini deyib.

Mərhum Ç.Alxanlının ailəsi ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan sürücüyə ağır cəza verilməsini tələb edib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Məmmədova 2 il sürücülük hüququ məhdudlaşdırılmaqla 5 il 1 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, “FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam