Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Bakı Sərnişindaşınma” MMC nazirlikdən alınacaq

 

“Bakı Sərnişindaşınma” MMC Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq.
"Xeberinfo.com":   Məlumata görə, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi yaradılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.
Deyilənlərə görə, qurumun xidmətində “BakuBus” avtobusları və taksi faəliyyəti xidmət göstərəcək. Sərnişin avtobuslarının Nəqliyyat Nazirliyindən alınmasına səbəb kimi isə bu sahədə mövcud problemlərin uzun zamandır həll olunmaması göstərilir. Son illər avtobusların iştirakı ilə baş verən qəzalar da buna səbəb olan amillərdən biridir.
Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə yaratmağa çalışdıq. Uzun müddət mediadan qaçan qurum rəsmisi bu dəfə də müraciətimizə əhəmiyyət vermədi.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı baku.ws-ə açıqlamasında bu barədə heç bir məlumatı olmadığını bildirdi.
“Mən nəqliyyat sahəsində işləyirəm. Xəbərlərin içindəyəm, lakin bu barədə eşitməmişəm”, – deyə Şəfa Mehmanqızı bildirib.

 

Baku.ws


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam