Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QIZĞIN İŞLƏR GEDİR


 

Gəncə Dövlət Universitetində yeni dərs ilinə yüksək səviyyədə başlamaq üçün tətil müddətində təmir işlərinə start verilmişdir.  

"Xeberinfo.com":   Baş binanın həm həyət hissəsində, həm də binanın özündə bəzi vacib işlər görülüb qurtarmaq üzrədir. Binanın bərbad vəziyyətdə olan həyət sahəsində abadlıq işləri aparıldı, 1100 kvm sahədə asfalt örtüyü salındı, oturacaqlar qoyuldu.

Binanın girəcəyində olan pilləkən də başdan-başa sökülüb qranitlə üzlənməyə başlandı. Bu isə binanın çöl tərəfdən daha baxımlı olmasına imkan verir. Binanın içərisində 6 ədəd sanitar qovşağının əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Universitetdə təhsillə bərabər, idmanın müxtəlif növlərinin inkişafına da ciddi fikir verilir. Bu sahədə rektor professor Yusif Yusibovun qayğısı göz qabağındadır. Təsadüfi deyil ki, Universitetin tələbələrindən ibarət komandalar idmanın müxtəlif növləri üzrə şəhər və Respublika yarışlarında dəfələrlə qələbə qazanıb, bu təhsil ocağının şərəfini ləyaqətlə qorumuşlar.

İdmanla bağlı tədris sahələri II tədris binasının payına düşür. Artıq II binanın  həyətində mini futbol stadionu yaradılmış, tamaşaçılar üçün oturacaqlar qoyulmuş,  stadionun dövrəsində qaçış zolağı,   basketbol meydançası da tam hazır vəziyyətə salınıb tələbələrin ixtiyarına verilmişdir.

Vacib işlərdən biri də həmin binanın istiliklə təmin olunmasıdır.  Bu məsələ rəhbərliyin ciddi nəzarətindədir. Qazanxananın yenidən qurulması və noyabr ayınadək istifadəyə verilməsi öz müsbət həllini tapmaqdadır.

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalı fəaliyyətini dayandırdıqdan sonra  Gəncə Dövlət Universitetinin balansına keçirilmiş Cavadbəy Rəfibəyli , 57 ünvanda yeləşən və dörd mərtəbədən ibarət Y tədris binasında da əsaslı təmir işlərinə başlanılmışdır. Bina divarları saxlanmaqla başdan-başa sökülmüşdür.

Binada planlı surətdə, tələbata uyğun olaraq  seminar, mühazirə otaqları, kabinetlər, kitabxana  müəyyənləşdirilmiş, təmir də bu istiqamətdə aparılır. Binanın dam örtüyü mansarda tipində dəyişdiriləcək, otaqlarda istilik sistemi,  sanitar qovşaqları yaradılacaq, tədris üçün nə lazımsa Avropa standartları səviyyəsində  öz real həllini tapacaqdır.

Yeni tədris binasının əsaslı təmir edilib istifadəyə verilməsi Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması deməkdir. Otaq baxımından çətinlik çəkən fakültələrdə  artıq bu problemə bir dəfəlik  son qoyulacaqdır.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam