Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Zərdab sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb-FOTO

 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şahhüseynli kənd sakinləri Ş.Osmanov və K.Heydərovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Həmçinin rayonun Bıçaqçı kənd sakini P.Bəkirov və Gəlmə kənd sakini N.İsgəndərov isə ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam