Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

2020-ci ildə Almaniyada bunlar dəyişəcək -ARAŞDIRMA

 

Almaniyada 1 yanvar 2020-ci il tarixindən etibarən işsizlik müavinəti, sosial yardım, minimum əmək haqqı artacaq. Parkinq cərimələri və aviabiletlərin qiyməti qalxacaq, qatar biletlərinin qiyməti isə, düşəcək.

Yenixeber.org: Məlumata görə, 2020-ci ildə Almaniyada bir çox yeniliklər olacaq. Onlardan bəzilərini təqdim edirik:

1 . İşsizlik müavinəti və sosial yardım 1,88 % artacaq. Tək yaşayanlar 8 avroluq bir artımla toplamda 432 avro yardım alacaqlar. Uşaqpulu eyni qalacaq, tək uşaq üçün aylıq 204 avro ödəniləcək.

2. Minimum əmək haqqı 9,19-dan 9,35 avroya qalxacaq.

3. Ausbildunq (Peşə təhsili) edənlərinə ödəniləcək məbləğ 515 avrodan aşağı olmayacaq.

4. Piyada və velosiped yoluna avtomobili parkinq etməyin cəriməsi 20 avrodan 55 avroya, yanğınsöndürənlər və əlil arabaları üçün nəzərdə tutulan yerdə parkinq etməyin cəriməsi 35-də 55 avroya yüksələcək. Elektrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulan yerlərdə parkinq edənlər isə, 55 avro cərimə ödəməli olacaqlar.

5. Yeni il aprelin 1-dən təyyarə biletlərinin qiyməti qalxacaq. Avropa daxilindəki uçuşlarda 7,5 avro, uzun məsafəli uçuşlarda isə, xəttin uzunluğu və uçuş vəziyyətinə görə, 17,5 avro qiymət artımı olacaq. Bilet artışının səbəbi isə, təyyarələrin havaya həddindən artıq zəhərli qaz buraxmasıdır. Almaniya təyyarə ilə səyahəti mümkün qədər azaltmağa çalışır.

6. Qatar biletlərində isə, endirim olacaq. Çünki ƏDV (əlavə dəyər vergisi) 19 %-dən, 7 %-ə düşəcək. Almaniyanın qatarla səyahəti dəstəkləməsinin səbəbi də, onların ekologiyaya ən az zərər verən nəqliyyat vasitəsi olmasıdır.

7. Yeni ildən evsizlərə verilən “kirayə yardımı”da artacaq. Almaniyada bu yardım növü insanların gəlirinə görə hesablanır. Bir çox insan “kirayə yardımı”dan yararlanmaq haqqının olduğunu belə bilmir. İşlədiyi üçün “Mən sosial yardım ala bilmərəm” deyə düşünür. Ancaq gəliriniz azdırsa, bu yardım üçün müraciət edə bilərsiniz. Yeni ildə bu yardımdan 660 min ailənin yararlanacağı proqnoz edilir.

8. Yeni ildən “Karbon dioksid - (CO2)” qazının səviyyəsinə görə, avtmobillərin hərəkətinə icazə veriləcək. Qəbul edilən yeni qanunda bildirilir ki, 2020-ci ilin yanvar ayının 1-dən kilometrə görə ətrafa ən çox 95 qrama qədər “karbon dioksid” qazı buraxan avtomobillər qeydiyyata alınaraq, onlarn hərəkətinə icazə veriləcək.

9. Bütün müəssiəsələr yeni ildən göstərilən xidmətə görə, müştəriyə kassa çeki verməli olacaq. Müştərilərə isə, kassa çekini almaq məcbur edilməyəcək.

10. Yeni ildən Almaniyada elektrikli avtomobil almaq istəyənlərə 4-6 min avro dəyərində birfədəlik yardım ödəniləcək. Eyni zamanda hibrid motorlu avtomobillər üçün nəzərdə tutuluş təşviq proqramı da açıqlanıb. Həmin proqramda yazılıb ki, 2020-ci ildən hibrid motorlu avtomobil alana dövlət 3500 - 4000 avro məbləğində yardım edəcək.

11. Yeni ildən 6 min kilovattdan çox elektrik enerjisi istifadə edən ailələr evlərinə “Ağıllı ölçü cihazı” quraşdımalı olacaqlar. Bu cihazlar təkcə ailələrə deyil, elektrik enerjisinin satışı ilə məşğul olan şirkətlərin də sərfiyyat barədə düzgün məlumat əldə etmələrinə kömək edəcək.

12. Paytaxt Berlinin yeni hava limanının da açıması gözlənilir. Hava limanının açılışı 9 ildir gecikdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam