Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İşsizlik müavinəti ləğv edilir

İşsizlik müavinəti ləğv edilir

 

Gələn il yanvarın 1-dən işsizlik müavinəti ləğv olunacaq, bu, işsizlikdən sığorta ödənişi ilə əvəz ediləcək

Yenixeber.org: Bu, Azərbaycan prezidenti İlham Əliyevin 5 avqust 2017-ci il tarixli fərmanı ilə qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” qanunun yanvarın 1-dən tətbiq edilməsi ilə bağlıdır.

İşsizlikdən Sığorta Fondundan işsizlikdən sığorta ödənişi veriləcək. Nazirlər Kabineti bununla bağlı “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” və “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarlarında müvafiq dəyişiklik edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam