Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ERMƏNİLƏR 102-Cİ BAZANIN QARŞISINA AKSİYA TƏYİN ETDİLƏR –Rus qoşunlarının ölkədən çıxarılması tələb ediləcək

Məryəm Qriqoryan

“1in.am”, Ermənistan, 28 dekabr 2018-ci il

 

Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyaları davamlı xarakter daşıyacaq və mümkündür ki, təşəbbüs iştirakçıları yaxın zamanda Gümrüdəki 102-ci rus hərbi bazası qarşısında da aksiya keçirsinlər.

Yenixeber.org: Ermənistanın Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan “1in.am”-la söhbət zamanı qeyd edib ki, onlar 12 yanvar 2018-ci ildə Gümrüyə yollanmaq niyyətindədirlər. “Bu, xanım Cülyetta Kazaryanın öldürülməsindən sonra keçən 40-cı gün olacaq və elə alındı ki, həmin gün Avetisyan ailəsinin qətl edilməsinin də 6-cı ildönümü tamam olur. Biz 102-ci hərbi baza qarşısında matəm və etiraz aksiyası keçirməyə hazırlaşırıq”.

Xzmalyan qeyd edib ki, onların təşəbbüsü konkretdir, rus qoşunlarının Ermənistandan çıxarılmasından başqa heç bir tələb irəli sürülməməlidir: “Mən xüsusi olaraq Narine Mkrtçyana da xəbərdarlıq etdim ki, biz maddələrinin bir hissəsi tamamilə rus tərəfinə aid olmayan petisiyaya qoşulmayacağıq. Qanuna, ləyaqətə və s. əməl etmək tələbləri isə başqa instansiyalara ünvanlanmalıdır. Bu, prokurorluğun, Ermənistan Ədliyyə Nazirliyinin vəzifəsidir. Mən, rus tərəfinə qarşı belə tələblərin irəli sürülməsini qəribə hesab edirəm”.

Bizim həmsöhbətimiz onu da qeyd edib ki, onların Rusiyadan iki tələbi var: “Birincisini biz 29 noyabrda təqdim etdik və bunu etməyə davam edəcəyik. Bu – 1921-ci il rus-türk müqaviləsinin ləğv edilməsi, bizim siyasi prinsiplərimizdən biridir. İkincisi isə, rus qoşunlarının, ordusunun Ermənistandan çıxarılmasıdır”.

Publisist Narine Dilbaryan öz növbəsində “1in.am”-la söhbətində qeyd edib ki, onların tələbləri öz qüvvəsində qalır:“Lakin “biz konkret cavab və vəd aldıq” demək düzgün olmazdı. Beləliklə, biz bir qədər gözlədikdən və hadisələrin inkişafına baxdıqdan sonra, aksiyaları bir qədər fərqli formatda davam etdirə bilərik”.

Narine Dilbaryan həmçinin qeyd edib ki, onlar yalnız İrəvanda deyil, Gümrüdə də fəaliyyət göstərməyə davam edirlər: “Aksiya göstərdi ki, bizim təşəbbüslə həmfikir olanlar var. Biz qarşımıza kəmiyyətlə bağlı vəzifə qoymamışdıq, bizim aksiyamız çoxsaylı deyildi. Lakin cəmiyyətin reaksiyasına əsasən, mən anladım ki, maraq böyükdür. Sadəcə, onlar ənənəvi prinsiplərdən çıxış edərək və zamanı nəzərə alaraq küçəyə çıxmadılar. Rus hərbi bazasının öz fəaliyyətini və bizim vətəndaşlarımızın təhlükəsizliyini götür-qoy etməli olması, heç şübhəsiz, yüksək səviyyələrə çatdırılmalıdır”.

Xanım Dilbaryan onu da qeyd edib ki, 12 yanvarda onlar Xzmalyanın təşəbbüsü ilə keçiriləcək aksiyaya qoşulacaqlar: “Bu, hətta Ermənistanın suverenliyi və vətəndaşlarının təhlükəsizliyi məsələlərini diqqət mərkəzində saxlamaları üçün bizim hakimiyyətə dəstək olacaq”.

Narine Dilbaryan əlavə edib: “Xüsusilə rusdilli mətbuatda mən gördüm ki, ayağa qalxmağa və bizim aksiya əleyhinə aksiya keçirməyə, daima Rusiya ilə birlikdə olduqlarını göstərməyə cəhd etdilər… Lakin bizim aksiyamız antirusiya xarakteri daşımırdı, ümumiyyətlə, kimisə Rusiya və ya Amerika əleyhdarlığında ittiham etmək düzgün deyil. Sadəcə, bizim suverenliyimizə hörmət etməyən məlum dövlətdən tələb etmək lazımdır ki, bütün öz addımlarını və hərəkətlərini bizim qanunvericiliyə və maraqlarımıza uyğun hala gətirsin. Ermənistan Respublikası vətəndaşlarının əhəmiyyətli bir hissəsi istəyir ki, bu hərbi baza bizim maraqlarımızı nəzərə alsın və Ermənistana zərə verə biləcək hərəkətlər etməsin. Yəni, burada antirusiyaçılıqdan söhbət getmir, əsas məsələ Ermənistanın suverenliyi və vətəndaşlarının müdafiəsidir. Və bu məsələdə biz həmfikirlər tapmışıq”.Tərcümə Strateq.az-ındır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam