Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“ZAMİRƏDƏN SONRA HƏDƏFDƏ ANAR MƏMMƏDOVDUR”– Sensasiyalı açıqlama

261261_res_01

Hər şeydən görünür ki, Britaniya öz paytaxtına bütün dünyadan oliqarxların “zəvvarlığına” son vermək qərarına gəlib. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə “İzahedilməz Sərvət Sərəncamı”dır (UWO).
Yenixeber.org: Britaniya dövləti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən cinayət istintaqı başlatmaq hüququ əldə edib. Bu məcburi qəbul edilmiş qərardır, çünki belə getsə, tezliklə Londonda “təmiz ingilis” evləri torpaqları qalmayacaq.

“Transparency International UK”un məlumatına görə, Londonda elit evlərin 87%-ni əcnəbilər alıblar və əldə edilmiş mənzillərin 42%-i korrupsiyanın yüksək səviyyədə olduğu ölkələrdən olan alıcılara məxsusdur. Qeyri Hökumət Təşkilatının fəalları hesab edirlər ki, “Londonda 4,2 milyard funt sterlinqlik mülklərin əldə edildiyi vəsaitlərin mənşəyini müəyyən etmək mümkün deyil”.

zamire

Britaniya ədalət qoruyucularının diqqət mərkəzinə ilk düşən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin, öz pul səpmək ehtirasını cilovlaya bilməyən xanımı Zamirə Hacıyeva oldu. Britaniya hüquqşünasları onun kapitalına baxaraq maliyyə vasaitini şübhəli hesab ediblər və xanım Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar.

Demək lazımdır ki, Britaniya ölçüləri üzrə mülk planka, hansıyla ki, belə araşdırmalar mümkündür, tamamilə kiçikdir — vur-tut 50 min funt sterlinq. Özü də bu halda “siyasi əhəmiyyətli şəxslər” (SƏŞ) kimi müxtəlif səviyyəli deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri tanınırlar. Və qonaqpərvər London belələrinə qucağına sığınmaq üçün müəyyən bir vaxta kimi o qədər cox imkan verib ki... Deyək ki, keçmiş SSRİ-nin sanballı və imkanlı vətəndaşları öz vasitələrini sərmayə şəklində Böyük Britaniyanın aktivlərinə və daşınmaz əmlak bazarına fəal şəkildə hələ keçən əsrin 90-cı illərinin ortalarından qoymağa başlamışdılar. Və bu gün Dumanlı Albiona postsovet məkanından biznesmen və məmurların milyardlarla dollar vəsaiti axıb gedib.

Bəs necə, axı Knight Frank mülkiyət agentliyinin məlumatına görə, Londondakı elit mülk sahiblərinin beşdə bir hissəsi rus dilində danışanlardır.

Bununla belə, Britaniya hakimiyyətinin yeniliyinə, pul vəsaitlərinin Rusiya Federasiyasına mümkün qayıdışı haqda fikir ayrılıqlarına baxmayaraq, dəfələrlə məhz Rusiya ekspertləri reaksiya veriblər.

 

261264_src

Hər halda Rusiyanın biznes-ombudsmanı Boris Titov bir məsələdə əmindir: Rusiya aktivlərinə Londonun gücləndirilmiş diqqəti hər şeydən əvvəl rusiyalıların, hansılar ki, öz ölkələrində təqibdən qaçaraq Böyük Britaniyada gizlənməyə məcbur olublar, həyatını çətinləşdirəcək.

“Onlara oliqarxlarla, hansılar ki, öz varidatlarını gizlədirlər və ya hansısa səbəblərdən Rusiya ilə münaqişədədirlər, eyni münasibət olacaq. Halbuku həmin kasıb insanlar gizlənməyə məcbur olublar və Rusiyaya qayıtmaq istəyirlər. Amma onlara da oliqarxlara olan münasibət bəslənəcək”, – deyə Titov vurğulayıb.

ekrem

Tanınmış vəkil Əkrəm Həsənov isə Virtualaz.org-a açıqlamasında Azərbaycan hakimiyyətini qaçmış oliqarxların pulunu leqallaşdırmağa çağırıb: “Onsuz da Qərb onları bizə qaytarmayacaq, belə olan halda niyə ağıllı hərəkət edib, onların pulunu leqallaşdırmayaq? Həm də ki, Britaniya qaçmış əcnəbilərin pulunu birinci dəfə ekspropriasiya etmir. Heç olmasa ağ emiqrasiyanın nümayəndələri ilə bağlı yüzillik köhnə tarixi xatırlayaq. Demək istəyirəm ki, Londonun bu planda zəngin təcrübəsi var.

519079_454821

Mən bildiyim qədəri, Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbsi qoymaq niyyətindədir. Ümumiyyətlə, London hələlik yalnız Azərbaycanın ədalət sistemi ilə problemləri olan azərbaycanlıların pulunu alır. Bilmirəm, ingilislər Zamirə Hacıyevanın pulunu Azərbaycana qaytaracaqlarmı, amma özünü vətənə ekstradiya edə bilərlər. Ancaq o, pulsuz bizə ümumiyyətlə lazım deyil, ona görə daha məntiqli olardı ki, bizim hüquq-mühafizə orqanlarımız onunla sazişə getsinlər: özün pulu qaytar və biz sənə toxunmayacağıq.

Bir sözlə, qaçmış korrupsionerlərin pulu ölkəyə qayıtmayacaqsa, onların ekstradisiyasından bizə heç bir xeyir gəlməyəcək”, – deyə vəkil əminliklə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam