Rusiyada hava limanları bağlanır-SƏBƏB
Nijni Novqorod hava limanına təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Yenixeber.org: Bu barədə “Rosaviasiya”dan məlumat yayıb.
“Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib”, - məlumatda qeyd olunub.
Leninqrad vilayətinə PUA hücumu səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanına da məhdudiyyət tətbiq edilib.
Penza vilayətində də “Xalça” planı tətbiq olunub, yerli hava limanı müvəqqəti olaraq bağlanıb.
“Vilayətin bir neçə rayonunda “Xalça” planı tətbiq olunub”, - regionun rəhbəri Oleq Melniçenko özünün Teleqram kanalında yazıb.
Rusiyanın Saransk hava limanında da uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.