
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın evindəki axtarışlar zamanı maddi sübutlarla yanaşı, bir neçə bağlama və qutu götürüblər.
Yenixeber.org: Bir müddət sonra Qalstanyanın özü də evində aparılan axtarışlardan sonra MTX tərəfindən saxlanılıb.
Qeyd edək ki, səhər saatlarından etibarən “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarları və “Daşnaksütyun” partiyasının üzvlərinin axtarışları və saxlanılması davam edir.
20-yə yaxın müxalifətçinin evində axtarış aparıldığı bildirilir.
Bunun fonunda Ermənistan İstintaq Komitəsi Qalstanyanın hakimiyyəti qəsb etmək cəhdi və ölkədə sabitliyi pozmaq üçün mobil qruplar yaratması barədə bəyanat yayıb.(“Sputnik Ermənistan”)