Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrəvanda etiraz aksiyası: Paşinyana istefaya getmək üçün bir saat vaxt verildi -YENİLƏNDİ

Baqrat Qalstanyan Paşinyana istefaya getmək üçün bir saat vaxt verib - YENİLƏNİB-1

Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə o, İrəvandakı Respublika meydanında keçirilən mitinqdə bildirib. Qalstanyan özü də yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, "Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi keçirilir.

                     ***

İrəvanda etiraz aksiyası başlayıb - YENİLƏNİB

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir. O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.

Qeyd edək ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam