Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Nar”-dan “Qutu” kimi təklif:rəqəmsal TV, fiber-optik internet və mobil xidmətlər bir paketdə və daha sərfəli

“Nar”-dan “Qutu” kimi təklif:

 

“Nar”ölkədə rəqəmsal TV, yüksəksürətli fiber-optik internet və mobil xidmətləri bir paketdə təklif edən ilk mobil operator oldu.

Yenixeber.org:  “Qutu” təklifindən yararlanan müştərilər rəqəmsal TV, mobil xidmətlər və sabit internet xərclərinə 50%-dək qənaət edir və ayrı-ayrı xidmətlərin aylıq ödənişi üçün vaxt itirmirlər.

 

“Qutu” təklifi sayəsində istifadəçilər ev və mobil kommunikasiya xidmətləri üçün yalnız bir operatora ödəniş etməyin rahatlığını hiss edirlər. Təklifdən yararlanmaqla abunəçilər təkcə xərclərinə deyil, həm də vaxtlarına qənaət edirlər.

 

“Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 244 telekanal, sürəti 30 mb/s-yə çatan fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, 1000 dəqiqəyədək ölkədaxili danışıq dəqiqələri, 3 GB-dək mobil internet, eləcədə 2000-dək SMS bonusları təqdim edir. “Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 22 manatdan başlayan 5 müxtəlif  paketdən ibarətdir.Üstəlik, “Qutu” təklifinə qoşularaq öncədən ödəniş etməklə rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə etmək mümkündür.

 

Operator mobil xidmətləri və “Nar-CityNet”-in dəstəyi ilə təmin olunan rəqəmsal TV və yüksəksürətli fiber-optik interneti bir paketdə təklif edir.

 

“Nar”-dan “Qutu” kimi təklif:

 

Müştərilər büdcə və vaxtlarına qənaət edərək yüksəkkeyfiyyətli internet, TV və mobil xidmətlərdən istifadə etməklə yanaşı,həm də “Qutu” xidmətinin 24/7 rejimində fəaliyyət göstərən özəl Müştəri xidmətlərindən yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.

 

Heç yerə getmədən “Qutu”-ya qoşulmağın ən asan yolu isə qutu.nar.az internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməkdir. İstifadəçiləri maraqlandıran suallar qutu.nar.az saytındakı onlayn çat sayəsində dərhal cavablandırılır.

 

Qeyd edək ki,“Qutu” təklifi “Nar”-ın çoxfunksiyalı rabitə strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas hədəfi müştərilərə müxtəlif telekommunikasiya xidmətlərini vahid platforma üzərindən təqdim etməkdir.

 

“Qutu” təklifi haqqında daha ətraflı məlumatıqutu.nar.azinternet səhifəsindən almaq olar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam