"Sputnik" harada bağlanıb, harada blok edilib?
“Sputnik” "Rossiya Seqodnya" (Russia Today) beynəlxalq xəbər agentliyi tərəfindən təsis edilmiş
Yenixeber.org: - internet saytları,
- mobil proqram,
- onlayn yayımlar
- radio-yayım xidməti və mətbuat mərkəzlərini özündə birləşdirən xəbər agentliyidir.
Agentliyin baş ofisi Moskvada yerləşir. Rəsmi saytı: sputniknews.com
Agentlik dünya siyasəti və iqtisadiyyatı xəbərlərini işıqlandırır və daha çox xarici auditoriyaya yönəlib. Agentliyin xəbər saytları 30-dan çox dildə, o cümlədən ingilis, ispan, polyak, qırğız, serb və başqa dillərdə fəaliyyət göstərir. Saytlar da həmçinin radioyayım xidməti var. Sputnik-in sələfi Rusiyanın dövlət xəbər agentliyi olan RİA Novosti-nin beynəlxalq departamentidir və onun xəbərlərinin əksəriyyəti Moskvadan ötürülür. Nəşrin baş redaktoru Marqarita Simonyandır.
Radio
Radio Sputnik - yayımlanan Sputnik platformasının audio komponentidir. O, "Rusiyanın səsi" radiostansiyasının varisidir. 90-dan çox şəhər və 20 ölkədə FM, DAB/DAB+ (rəqəmsal radio), HD Radio, mobil proqramlar və internetdə fəaliyyət göstərir. Sputnik Radio əksər peyk retranslyatorlarında yayımlanır, o cümlədən Galaxy-19 peyki vasitəsilə Şimali Amerikada ingilis dilində fasiləsiz fəaliyyət göstərir.
Sputnik.Polls (Sputnik.Sorğu)
2015-ci ilin yanvarında Sputnik agentliyi "Sputnik.Polls" layihəsini işə salıb, məqsədi, dünyanın müxtəlif bölgələrində ictimai rəy sorğusu keçirməkdir. Sorğular Populus və Ifop tərəfindən Avropa ölkələri və ABŞ-ın sakinləri arasında aparılır. Sputnik.Sorğu siyasi həyat və beynəlxalq münasibətlər mövzularında keçirilir. Sorğu nəticəsində əldə edilən məlumatlar press-relizlər vasitəsilə mediaya yayılır və Sputnik saytlarında dərc olunur.
SputnikPro
Sputnikin jurnalistlər, ixtisaslaşdırılmış ali təhsil müəssisələrinin tələbələri, mətbuat işçiləri və digər media mütəxəssisləri üçün xarici həmkarları ilə təcrübə mübadiləsinə, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir. Müxtəlif formatlarda layihənin mövcud olduğu müddətdə burada 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun canlı ustad dərsləri Abxaziya, Azərbaycan, Ermənistan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya və Cənubi Osetiyada keçirilib.
Sputnik.Images
Sputnik agentliyinin fotobankıdır. Foto bankda abunə əsasında mövcud olan 2 milyondan çox fotoşəkil var. Materiallara arxiv və əməliyyat fotoşəkilləri, həmçinin infoqrafika və digər məlumat təqdimat formatları daxildir.
Yayımlandığı dil və nümayəndəliklər
Sputnik-in ABŞ (Vaşinqton), Misir (Qahirə), Çin (Pekin), Böyük Britaniya (Edinburq), Uruqvay (Montevideo), Qırğızıstan (Bişkek) kimi müxtəlif ölkələrdə regional nümayəndəlikləri və ofisləri var.
Agentliyin xəbər saytları 30-dan çox dildə, o cümlədən ingilis, ispan, polyak, qırğız, serb və başqa dillərdə fəaliyyət göstərir. Sputnik saytları və radio stansiyaları ingilis, alman, fransız, italyan, ispan, portuqal, ərəb, çin, yapon, türk, yunan, vyetnam, polyak, çex, serb, fars, dari, gürcü, erməni, Azərbaycan , qazax, özbək, tacik, qırğız, belarus, moldavan, latış, litva, abxaz, osetin dillərində yayımlanır.
Həmçinin belarus, erməni, azərbaycan, gürcü, qazax, özbək, tacik, qırğız, latış, litva, eston, moldavan, abxaz, osetin versiyalarında əlavə rus dili redaksiyası da mövcuddur.
Beləliklə, Sputnik-in fəaliyyət göstərdiyi dövlətlərdə nümayəndəlikləri:
ABŞ,
Urugvay, Latın Amerikası üçün ispan dilində
Almaniya (Fəaliyyəti ölkə ərazisində bloklanıb, sayta sonuncu xəbər 3 mart 2022-də əlavə edilib)
Fransa (Fəaliyyəti ölkə ərazisində bloklanıb, sayta sonuncu xəbər 4 mart 2022-də əlavə edilib)
Yunanıstan (Fəaliyyəti ölkə ərazisində bloklanıb, sayta sonuncu xəbər 3 martda əlavə edilib)
İtaliya ( Avropa Birliyinin bloklanma haqda qərarına baxmayaraq fəaliyyətini davam etdirir)
Çexiya (fəaliyyətini davam etdirir)
Polşa (fəaliyyətini davam etdirir)
Serbiya (fəaliyyətini davam etdirir)
Latviya (fəaliyyətini davam etdirir)
Litva (fəaliyyətini davam etdirir)
Moldova
Belarus
Ermənistan
Abxaziya, (Gürcüstan)
Osetiya, (Gürcüstan)
Gürcüstan
Azərbaycan
Misir, (Ərəb dili redaksiyası)
Türkiyə (saytın Türkiyəyə qarşı qrəzli mövqeyi bu gündə davam etməkdədir. Ətraflı:
İran, fars dili redaksiyası
Əfqanıstan, dari dilində yayımlanır
Qazaxıstan
Qırğızıstan
Özbəkistan
Tacikistan
Vyetnam
Yaponiya
Çin
Braziliya, portuqal dilində yayımlanır
Qərəzli təbliğatda ittiham
Sputnik RT ilə birlikdə tez-tez Qərb dövlətləri, siyasi xadimləri, ictimai və siyasi təşkilatları tərəfindən müxtəlif hesabatlarda birtərəfli təbliğat aparan orqan kimi qeyd olunur. Agentlik Qərbin bir sıra nüfuzlu şəxsləri tərəfindən də açıq təbliğatda ittiham edilib.
Fransa Prezidenti Emmanuel Makron (“təsir və təbliğat orqanı”)
Britaniyanın “The Economist” jurnalı (“Türkiyədə təbliğat”)
İsveç İctimai Təhlükəsizlik Xidməti (dezinformasiya və saxta xəbərlərin yayılmasında ittiham)
Avropa Parlamenti (2016-cı il qətnaməsinə əsasən, Sputnik RT ilə birlikdə Avropa İttifaqı və onun tərəfdaşları üçün informasiya təhlükəsi yayan mənbə kimi tanınır)
Bloklanma
2016-cı il martın 29-da Latviya hakimiyyəti Aİ Şurasının “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə ilə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında” qərarlarına istinad edərək, .lv milli domen zonasında Sputnik agentliyinin saytını bloklayıb. Bu qərara baxmayaraq hazırda saytın latış dilində fəaliyyəti davam edir:
14 aprel 2016-cı il tarixində Türkiyə Telekommunikasiya Qurumu Sputnik-in ingilis və türk dillərində olan saytlarını bloklayıb. Həmin ilin aprelin 16-da məhkəmə “vətəndaşların həyatının, əmlakının və təhlükəsizliyinin qorunması, habelə milli təhlükəsizliyin, ictimai qaydanın qorunması və cinayətlərin qarşısının alınması” maddəsinə istinad edərək, bloklama qərarını təsdiq edib. Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasından sonra avqustun 8-də bloklama aradan qaldırılıb. 10 iyul 2019-cu ildə Litva Yayım və Televiziya Komissiyası “İnternetdə müəllif hüquqlarını qorumaq üçün” bloklamaq qərarına gəlib, qərar iyulun 12-də qüvvəyə minib. Hazırda sayt litva dilində fəaliyyətini kənardan idarə olunmaqla davam etdirir.
2019-cu ilin dekabr ayında “Sputnik Estoniya” əməkdaşları Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentindən onların həbslərinin mümkünlüyü haqda xəbərdarlıq məktubu alıblar. Polis, Ukraynada baş verən hadisələrlə əlaqədar 2014-cü ilin martında bir sıra fiziki və hüquqi şəxslərə qarşı Aİ-nin tətbiq etdiyi sanksiyalara əsaslanıb. Siyahıda “Russia Today” xəbər agentliyinin rəhbərlərinin də adları olub. 1 yanvar 2019-cu il tarixində “Sputnik Estoniya” əməkdaşları qarşılıqlı razılaşma ilə redaksiya ilə əmək münasibətlərinə xitam veriblər.
2020-ci ilin iyununda Çin hakimiyyəti Sputnik-in Çin versiyasının saytında Rusiya prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsi ilə bağlı məqaləsinin tərcüməsini bloklayıb.
Avropa İttifaqı öz ərazisində RT və Sputnik-in yayımını bloklayıb. Martın 2-də Aİ “Russia Today” telekanalının yayımını və “Sputnik” agentliyinin Avropada fəaliyyətini qadağan edib. (Mənbə) Bundan əvvəl Avropa İttifaqı Sputnik və RT kanallarının Avropada yayımına qadağa qoymasını təsdiqləyib. Avropa Birliyinin qərarına baxmayaraq, yəni Avropa Birliyi ərazisində bloklanmaya baxmayaraq həmin redaksiyalar fəaliyyətlərini kənardan davam etdirirlər. Yalnız Almaniya, Fransa və Yunanıstan redaksiyalarında iş dayanıb. Bu ölkələrin dilində yayımlanan saytlarda sonuncu xəbər 3 və 4 martda əlavə edilib.
Moldova Sputnik agentliyinin saytını bloklayıb. 26.02.2022 Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) Sputnik saytının bloklanmasını göstəriş verib. Onun sözlərinə görə, Sputnik “nifrətə və müharibəyə çağırış”da ittiham olunub. Qeyd edək ki, bloklanma yalnız Moldova ərazisi üçündür. Hazırda saytın Moldovan dilində yayımı davam edir.
Hollandiya Russia Today və Sputnik-ə qadağa qoyub (8 mart 2022-ci il). Hollandiya internet provayderləri Russia Today və Sputnik News saytlarını bloklayıblar. 2022-ci il martın 8-dən Russia Today və Sputnik News saytları Hollandiyanın VodafoneZiggo, T-Mobile və KPN internet provayderləri tərəfindən bloklanıb. (mənbə)(Faktyoxla.az)