Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Liviyada baş vermiş toqquşmalar nəticəsində altı nəfər həlak olub -YENİLƏNİB

 

Liviyanın paytaxtı Tripolidə baş vermiş toqquşmalar nəticəsində altı nəfər həlak olub.

Yenixeber.org xəbər verir ki, bu barədə Tripolidəki təcili tibbi yardım mərkəzi feysbukdakı rəsmi səhifəsində məlumat yayıb.

Mərkəzin məlumatına görə, meyitlər şiddətli toqquşmaların baş verdiyi Əbu Salim rayonunda aşkar edilib.

***

Liviyanın paytaxtında baş vermiş toqquşmalar nəticəsində azı altı nəfər yaralanıb.

Bunu Liviya təcili yardım xidmətinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlayıb.

Mənbə onların təhlükəsizlik qüvvələrinin əməkdaşları, yoxsa mülki şəxslər olduğunu aydınlaşdırmayıb.

***

Liviyanın paytaxtı Tripolidə atəş səsləri eşidilməyə başlanıb.

Bu barədə “Al Ahrar” məlumat yayıb.

“Paytaxt Tripolidə Dəstək və Sabitləşdirmə İdarəsinin rəhbəri Əbdülqəni əl-Kiklinin ölümü barədə məlumatlar fonunda vaxtaşırı atışma səsləri eşidilməyə davam edir”, – telekanal qeyd edib.

Bildirilib ki, Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi nümayəndəsi Malik Marsit telekanala açıqlamasında münaqişə zonalarına yaxın ərazilərdə yaşayan sakinləri evdə qalmağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.

Öz növbəsində, Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi də Tripoli vətəndaşlarını öz təhlükəsizlikləri naminə evlərində qalmağa çağırıb.

Bundan başqa, paytaxtın Mitiqa hava limanının fəaliyyəti dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam