Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Əvəz Zeynallının səhhəti ilə bağlı MƏHKƏMƏ QƏRARI

Məhkəmə Əvəz Zeynallının səhhəti ilə bağlı QƏRAR VERDİ

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.

Yenixeber.org: Bu gün Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.

Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xəstəliyi ilə əlaqədar ətraflı müayinəsi aparılıb, xərçəng diaqnozu təsdiqini tapıb.

Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və bu gün qərar verilməsini xahiş edib.

Əvəz Zeynallı isə xəstəliyi barədə danışaraq bildirib ki, hər anın öz hökmü var.

Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Qeyd olunub ki, tibbi şahadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılacaq. Müayinə ixtisaslaşdırılmış ekspertlər tərəfindən aparılacaq. Şahadətləndirilmə 1 ay ərzində həyata keçiriləcək.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Xatırladaq ki, cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam