Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Zelenski Putinə cavab verdi:Rusiya tərəfinin davranışına uyğun

Ukrayna Prezidenti Volodimir Zelenski

Əgər cəbhə xəttində həqiqətən tam sakitlik yaranarsa, Ukrayna bu atəşkəsin 20 aprel Pasxa günündən sonra da davam etdirilməsini təklif edir.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, Rusiya Federasiyasının artıq 39 gündür ABŞ-ın təklif etdiyi 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışına məhəl qoymadığını xatırladıb.

“Əgər indi Rusiya qəfil şəkildə doğrudan da tam və qeyd-şərtsiz sakitliyə razıdırsa, Ukrayna da eyni şəkildə cavab verəcək – Rusiya tərəfinin davranışına uyğun. Sakitliyə sakitlik, zərbəyə müdafiə ilə cavab veriləcək. Bu, Rusiyanın əsl niyyətlərini üzə çıxaracaq. Çünki 30 saat etimadı möhkəmləndirəcək real addımlar üçün kifayət etmir. Otuz günlük atəşkəs isə sülhə bir şans verə bilər” – deyə Zelenski əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam