11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev biznes qurub?! -Anar Bağırovun da adı hallanır

Vəkil ilə fiziki və hüquqi şəxslər arasında müqavilə bağlanırsa, onların ödədiyi pul vəsaiti müvafiq hüquqi şəxsin, yəni 11 saylı Vəkil Bürosunun hesabına deyil, əksinə büro müdiri Azər Quliyevin biznes kartına köçürülür.
Yenixeber.org: Bu iddia İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin FB səhifəsində yer alır:
Mərkəzə daxil olan məlumata əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 11 saylı Vəkil Bürosunun müdiri, vicdanlı vəkillərin kollegiya sıralarından xaric olunmasında müstəsna xidmətləri olan Azər Quliyev sözün əsl mənasında özü üçün biznes şəbəkəsi qurub.
Dəfələrlə bildirmişik ki, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov özünə yaxın olan vəkillər üçün imtiyazlı şərait yaradıb və lazım olanda da onlardan vicdanlı vəkillərə qarşı qanunsuz əməllərini həyata keçirmək üçün istifadə edir.
Vəkil ilə fiziki və hüquqi şəxslər arasında müqavilə bağlanırsa, onların ödədiyi pul vəsaiti müvafiq hüquqi şəxsin, yəni 11 saylı Vəkil Bürosunun hesabına deyil, əksinə büro müdiri Azər Quliyevin biznes kartına köçürülür. Biznes kartına (kart təqdim olunub) pul köçürüləndən sonra əlavə olaraq order pulu və hətta marka pulu da ödənilir.
Bütün bunlardan sonra hüquqi şəxsin hesabına köçürmə icra olunur. Buradan belə nəticəyə gəlmək olar ki, müdür vasitəçilik funksiyasını yerinə yetirir. Həmin pul süzgəcdən keçirilir, yerdə qalan qeyri müəyyən vəsaitlərin hamısı kollegiyanın hesabına silinir.
Burada təbii ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun, eyni zamanda müdir Azər Quliyevin özünün də marağı var. Yerdə qalan pullar Vəkil Bürosunun hesabına köçürülür.
Anoloji sistem demək olar ki, bütün vəkil bürolarında fəaliyyət göstərir. Bu qayda elektron sistemə keçdikdən sonra yaranmışdır. Onun da səbəbi marka üçün ödənilən vəsaitin tam həcmdə mənimsənilməsidir.
Çünki sonra 20 manat tam banka ödənilsə qanuna əsasən həmin vəsaitin yarsı avtomatik olaraq dövlətin büdcəsinə daxil olmalıdır. 20 manat olan marka pulunu silmək üçün yəni bütövlükdə özləri mənimsəmək üçün həmin pul vəsaitini ilk növbədə müdirin hesabına köçürürlər. Çox güman ki, müdir də həmin 20 manatı Anar Bağırova, 5 manatı özünə və qalan vəsaiti də hesaba köçürür.

Anar Bağırov
Qurulan qanunsuz sixem vergidən yayınma, büdcəyə köçürülməli olan vəsaitin mənimsənilməsinə xidmət edir. Yəni ödənilmiş 25 manat dövlət büdcəsinə deyil, onların öz şəxsi büdcələrinə daxil olur.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.
Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.
Qanunvericiliyin tələbindən göründüyü kimi, büro müdiri yalnız vasitəçilik funksiyalarını həyata keçirə bilər. Pul vəsaitlərinin öz hesabına körülüməsində isə büro müdirinin heç bir səlahiyyəti yoxdur.
QEYD: Hüquqpozmalarla bağlı MƏRKƏZ tərəfindən aidiyyəti orqanlara müraciət ediləcək.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.