Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Krivoy Roq vuruldu -19 nəfər ölüb, 68-dən çox yaralı var

Rusiyanın Krivoy Roqa endirdiyi zərbə nəticəsində 19 nəfər ölüb, 68-dən çox yaralı var - VİDEO  - YENİLƏNİB
Aprelin 4-də Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, onlardan 9 nəfəri uşaqdır.

Yenixeber.org: Məlumata görə bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak açıqlayıb.

Vilayətin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilyul isə Rusiyanın daha çox yaşayış məntəqələrini hədəfə aldığını deyib.

Ümumilikdə hücum nəticəsində 68 nəfər zərər çəkib. Aralarında iki uşaq olmaqla, 40 nəfərin xəstəxana şəraitində müalicəsi davam etdirilir.

A.Vilkul əlavə edib ki, hücum zamanı 34 çoxmənzilli bina, 6 təhsil müəssisəsi, eləcə də bir sıra mağaza, biznes və infrastruktur obyekti, eləcə də avtomobilə ciddi ziyan dəyib. Şura rəhbəri dağıntılarla bağlı son rəqəmin dəqiqləşdirildiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam