Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Arkadi Qukasyan etiraf etdi...

Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxsArkadi Qukasyan  qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

Yenixeber.org: A.Qukasyan qondarma rejimin “büdcə”sinə Ermənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.

“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı “idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığı vəsaitdən az idi.

O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən” “Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam