İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən HƏMAS qruplaşmasının tunellərinə daxil olub.
Yenixeber.org: Bu barədə İsrail ordusunun "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.
"HƏMAS tunellərdən ibarət mürəkkəb şəbəkədə gizlənir. İsrail ordusu Qəzzanın şimalındakı əməliyyatlar zamanı tunellərə çoxsaylı giriş nöqtələri aşkar edib", - məlumatda bildirilir.
İsrail mətbuatının məlumatına görə, HƏMAS-ın tunellərinin yüzdən çoxu genişmiqyaslı əməliyyatda partladılıb.