Hizbullah İsraili şimaldan vurdu
Hizbullah İsrailin Livanın cənubunu atəşə tutması nəticəsində dörd üzvünün ölümünə cavab olaraq İsrailin şimalına hücuma keçib.
Yenixeber.org: Bu barədə “Röyters” iki təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Hizbullah da açıqlamasında hücuma keçdiklərini təsdiqləyib:
"Biz idarə olunan raketlər və minaatanlarla İsrailin Pranit və Avivim kazarmalarına hücuma keçmişik".