Partlayışdan sarsılmış Livan-ANALİZ
Yenixeber.org: Allahın iznilə bir neçə il bundan öncə Livanda olan müəllif bu möhtəşəm sidr ölkəsini -ərəb Şərqi ilə Avropa Qərbinin qovşağındakı gözəlliyi, böyük mədəniyyətlərin unikal vəhdəti və müxtəlif millətlərə və dinlərə mənsub insanları birləşdirən misilsiz coğrafi məkanı müəyyən etdi (1).
Lakin təəssüf ki, bu gün Livanın paytaxtı Beyrutun romantik fonu kəskin şəkildə yoxa çıxıb. Özündən sonra bir sıra suallar doğuran şəhər limanındakı avqust partlayışı yalnız şəhərin imicini deyil, minlərlə insanın da həyatını dəyişdi. Çoxlu sayda qurban var və hamısı da dinc sakinlərdir; böyük sayda evsiz qalmış insanlar. İşsiz qalanlar. Yaşamaq üçün vəsaiti olmayanlar.
Beyrutlulara yardım gəlməyə başlayıb artıq. Lakin paralel olaraq, biz Livanın ətrafında və daxilində Livan həqiqətlərini köklü şəkildə dəyişə biləcək hadisələrin baş verdiyinin şahidi oluruq. Amma hər şey haqda ardıcıllıqla.
Partlayışdan bir müddət öncə
Mart 2020-ci il. Livan avrobondlar üzrə defolt elan edir. Hökumət başçısının kreslosunu tutduqdan sonra “korrupsiya dövləti tükədib” deyən ölkənin baş naziri Həsən Diab bildirir ki, valyuta ehtiyatları kritik səviyyəyə düşdüyünə görə Beyrutun 1,2 milyard dollar məbləğində avroistiqrazları ödəməsi mümkün deyil. “Əgər livanlılar öz bank hesablarından öz pullarını ala bilmirlərsə, xaricdəki kreditorlara necə ödəyə bilərik?”, - o deyir. Həmin müddətdə Livanın dövlət borcu ÜDM-in 170% -nə çatmışdı (2).
İyulda Livana səfər edən Fransanın xarici işlər naziri Jan-İv Le Drian elektroenergetika sektorunda yardım alınması və islahatların aparılması üçün Livan hakimiyyətinin BVF ilə danışıqlarının başa çatmasını aktuallaşdırır. Bununla yanaşı, o, Fransanın “dəstək verməyə hazır olduğunu qeyd edib, bir şərtlə ki, qərarlar siyasi hakimiyyət tərəfindən qəbul edilsin” (3). Lakin hökumətin iclasında H.Diab bildirir ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri Beyruta əliboş gəlib və “ancaq Livan hakimiyyətinin dərin iqtisadi böhrandan çıxmaq üçün atdığı addımlarla maraqlanıb” (aa.com.tr).
Partlayış
“Reyters” agentliyinin məlumatına görə, “Baş Dövlət Təhlükəsizliyi İdarəsinin partlayışa (Beyrut limanında) səbəb olan hadisələr barədə hesabatında iyulun 20-də prezident Mişel Aun və H.Diaba ünvanlanmış xüsusi məktuba istinad edilir”. Hesabatda məktubun məzmunu açıqlanmasa da Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşının sözlərinə görə, “orada yanvar ayında başlanmış məhkəmə araşdırmasının nəticələri ümumiləşdirilmişdi. Belə ki, bu ümumiləşdirmələr zaman kimyəvi maddələrin dərhal zərərsizləşdirilməsinin zəruriliyi barədə nəticəyə gəlinmişdi”. Doğrudur, “Reyters”in məlumatında qeyd edildiyi kimi, agentliyin əməkdaşları “belə məktubun yazılması və göndərilməsi faktını təsdiq edə bilmədilər”(4).
Biz hansısa gizli məktub ətrafında bu özünəməxsus şərq incəliklərinə müdaxilə etməyəcəyik, yalnız diqqəti ona yetirək ki, bu günə qədər Livan hökumətinin bütün nazirləri istefa verdilər, lakin yeni hökumət formalaşana qədər öz vəzifələrinin icrasına davam edəcəklər. Bütün sosium isə ölkədə iqtisadi böhranın olduğunu açıq şəkildə təsdiqləyir. Bu, obyektiv səbəblərdən deyil, milli və konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkənin ali təbəqələrini bürümüş korrupsiya və qohumbazlıqdan irəli gəlirdi.
Ölkənin xarici idarəetmə vektorunda sınaq şarları
Bu fonda xarici qüvvələr açıq şəkildə və sətiraltı olaraq Livanın müstəmləkəyə (bu anlayışın müavir versiyasında olsa da) çevrilməsinə zəmin yaratmağa başladılar. Birinci addım atan Fransa prezidenti Emmanuel Makron oldu. Hələ onun Livana səfərindən bir gün öncə, avqustun 5-də ölkədə belə bir petisiya yayılmışdı ki, hakimiyyət “ölkənin təhlükəsizliyini təmin etməyə və onu idarə etməyə” “tamamilə qadir deyil”. “Qeyri-effektiv sistem, korrupsiya, terrorizm və milisi ilə birlikdə”, - petisiyada konkretləşdirilmişdi. - Livan son nəfəsini verir, odur ki, biz hesab edirik ki, ölkə təmiz və davamlı idarəetmənin bərqərarı üçün Fransanın mandatı altına qayıtmalıdır” (5).
Bu petisiyaya kim tərəfindən və nə üçün təşəbbüs göstərildiyinin təfərrüatına varmayacağıq. Qeyd edək ki, onu artıq 60 mindən çox adam imzalamışdı. Fransa başçısı isə öz səfəri zamanı Beyrutun demilitarizasiya zonası elan edilməsi; Beyrutda və onun ətrafında “Hizbullah”ın bütün ofis və şöbələrinin tamamilə tərksilah edilməsi; beynəlxalq Beyrut aeroportunun Almaniya başda olmaqla, birgə beynəlxalq kontingentə verilməsi; Beyrutda və Livan dağlarında UNİFİL qüvvələrinin yerləşdirilməsi, sahil sularında isə Beyrutdan ölkənin cənub sərhədlərinə qədər hərbi gəmilərin qruplaşdırılması və s. bu kimi bəndləri əhatə edən hansısa “yeni siyasi pakt”ı aktuallaşdırdı (6). E.Makronun Qərb həmkarları tərəfindən açıq-aşkar təqdir edilən bu “neomüstəmləkə manifesti” bəzi ekspertlərin maraqlı qüvvələrin Livanın Fransanın mandat zonasına daxil olduğu vaxtları geri qaytarmaq cəhdləri barədə fikir söyləməsinə imkan yaratdı. Söhbət faktiki olaraq Fransanın rəsmi müstəmləkə kurasiyası çərçivəsində - San-Remoda (1920-ci il) Fransa-Britaniya konfransının qərarları əsasında (1923-cü ildə Millətlər Liqası tərəfindən təsdiq edilmiş) - olmasından gedir.
Beləliklə, Fransa prezidenti Livana, sadəcə, real miqyaslı islahatların həyata keçirilməsindən asılı olaraq deyil, onların Qərb donorlarının nəzarəti altında həyata keçirilməsindən asılı olaraq xeyli yardım göndərib. Aydındır ki, yaxın zamanlarda rəsmi Beyrutun danışıqlar apardığı BVF da ilkin tranşlar üçün eyni tələbləri səsləndirəcək.
Ümumilikdə, rəsmi Beyrut Fransanın təkliflərinə müsbət cavab verməyərək (hər halda, indiki mərhələdə) ölkənin xarici idarəçiliyi istiqamətində ilk sınaq şarını luzaya salmadı. Bundan əlavə, M.Aun partlayış üzrə beynəlxalq təhqiqatının aparılması ilə bağlı tələblərlə də razılaşmadı, belə ki, bu forma “yalnız vaxt itkisinə səbəb olur, iş üzrə məhkəmə prosesi isə sürətlə getməlidir, eyni zamanda tələskənlik də olmamalıdır” (7).
Təbii ki, Livan vektorunda Avropa fəallığı bir sıra maraqlı addımlar atan əhəmiyyətli regional oyunçuların diqqətindən kənarda qala bilməz.
Türkiyənin marağı
Avqustun 8-də Türkiyənin vitse-prezidenti Fuad Oktay Ankaranın “Beyrutda güclü ziyan dəymiş limanı və ona yaxın binaları yenidən inşa etməyə” hazır olduğunu bəyan edib. Bununla yanaşı, o deyib ki, liman istismara verilənə qədər Türkiyə Livana Mersin limanından istifadə etmək imkanı yaradır (8).
Lakin Livan və Türkiyə arasındakı münasibətlər o qədər də şəffaf deyil, ötənilki hadisələr bundan xəbər verir. Məsələn, 2019-cu ilin avqustunda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Livana səfəri zamanı bu ölkəni Ankara üçün dost ölkə adlandıraraq dövlətin bütün birinci şəxsləri ilə görüşlər keçirmişdi (aa.com.tr). Sentyabrın 3-də isə M.Aun Livan dövlətinin yaradılmasının 100 illiyi münasibətilə canlı efirdəki çıxışında bildirib ki, “Osmanlı boyunduruğundan qurtulmaq üçün bütün cəhdlər” “zorakılıq, qətllər və konfessional zəmində qarşıdurmalarla başa çatdı”. Onun sözlərinə görə, “Birinci Dünya müharibəsi illərində osmanlıların livanlılara qarşı dövlət terroru, onlara edilən zülm və aclıq yüz minlərlə qurbana səbəb oldu, lakin Birinci Dünya müharibəsi başa çatdıqdan sonra osmanlıların darmadağın edilməsi və fransız təsirinin yayılması ilə tariximizdə yeni era başladı” (9).
Buna cavab olaraq, Türkiyə Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edərək tarixi reallıqları təhrif edən və “çağdaş Livanın problemlərinin kökünü axtarmağın lazım gəldiyi müstəmləkə hökmranlığı dövrünə” məhəl qoymayan Livan prezidenti tərəfindən “Osmanlı imperiyasının ünvanına subyektiv ittihamları” qəti şəkildə pisləyib və rədd edib. Bunun əvəzinə, o, Livanın problemlərinə görə məsuliyyəti tarixin Osmanlı dönəminin üzərinə qoymağa cəhd edib ki, bu da müstəmləkəçiliyə heyranlığın faciəvi təzahürüdür” (aa.com.tr).
Beləliklə, Ankara və Beyrut arasında qarşılıqlı münasibətlər olduqca problemlidir. Lakin Türkiyənin Suriya, Liviya, İraq və Cənubi Qafqaz istiqamətindəki son xarici siyasi addımları birmənalı şəkildə göstərir ki, Türkiyənin Liviya istiqamətində də marağı özünü büruzə verəcək, həm də əhəmiyyətli şəkildə.
Onun yanında isə heç bir sanksiyaya baxmayaraq, dövriyyəni azaltmayan İrandır.
İranın marağı
İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Moctab Zonnuri bildirib ki, “İİR-in Livan hökumətini, xalqını və müqavimətini dəstəkləməsi əsas və infrastruktur tələbatlarının təmin edilməsi üçün humanitar yardım formasında davam edəcək” (10).
İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi isə Tehranın Livanın daxilində və ətrafında baş verənləri (Beyrutda keçirilən mitinqlərdə hökumət əleyhinə və qərbyönlü şüarlar baxımından) anladığını birmənalı şəkildə nümayiş etdirib: “Təbii ki, bu cür böyük hadisədən sonra insanlar narazıdırlar, lakin bəzi qruplar müəyyən məqsədlərlə xaricdən təhrik olunurlar” (11).
Güman ki, bu iki bəyanat Tehranın Livana xüsusi diqqətini çox yaxşı izah edir, yaxşı ki, xarici tərəflərdən heç biri Livandaxili “Hizbullah” amilinə məhəl qoymaya bilməz.
Bir halda ki, söhbət “Hizbullah”dan getdi, dərhal İsrail üzə çıxdı.
İsrailin marağı
Beyrut limanında baş vermiş partlayışdan dərhal sonra İsrail Livana humanitar yardım təklif etdi, lakin H.Diab hökuməti bu təklifi rədd etdi (12). Rəsmi Beyrutun bu reaksiyası tamamilə başa düşülən və gözlənilən idi. Ancaq o da gözləniləndir ki, İsrail Livana dolanan bütün ipləri yaxından izləyəcək və nəzarət edəcək (lazım olduqda çəkərək).
Bununla yanaşı, İsrail-Livan rakursunda elə bir incə məqam vacibdir ki, bu, Livana marağı olan heç bir ölkə üçün xarakterik deyil. Ekspertlər tərəfindən bu rakurs praktiki olaraq nəzərdən keçirilmir, lakin ona heç bir halda məhəl qoymamaq olmur. Burada söhbət ondan gedir ki, İsrail mənbələrində yəhudilərin Livan ərazisinə “dini hüququ” aspekti yer alır. Elementar olaraq, elektron yəhudi ensiklopediyasına (EYE) görə, “Bibliyada Levanon adı (daha çox Ha-Levanon) ilə Livan dağları qeyd olunub, onlar sahil hissəsi ilə İsrail qəbilələrinin torpağının şimal-qərbinə daxil olmalı idi”. Bunun ardınca Tövrata istinad gəlir (13).
“Əgər yerinə yetirməyi əmr etdiyim bütün buyruqlara əməl etsəniz, Tanrınızı, Allahınızı sevib, Onun bütün yolları ilə gedib Ona bağlanacaqsınızsa, Allah bütün xalqları sizin hüzurunuzdan qovacaq və siz sizdən daha böyük və güclü xalqlara sahib olacaqsınız; ayağınızın dəydiyi hər yer sizin olacaq; səhradan və Livandan, çaydan, Fərat çayından tutmuş, hətta Qərb dənizinə qədər sərhədləriniz olacaq; kimsə sizə qarşı dayana bilməz: Tanrı, sizin Allahınız, Onun söylədiyi kimi, ayaq basdığınız hər yerdə sizdən öncə qorxu və dəhşət yaradacaq”. (İkinci hissə 11:22-25). Lakin EEE-ə görə, Livan ərazisini fəth etmək mümkün olmayıb. Amma bunun Allahın buyruqlarına əməl edilmədiyinə görə və ya hansısa digər səbəbdən baş tutmadığı konkretləşdirilmir (13).
Lakin dini format dini olaraq qalır, digər nüanslar da mövcuddur, hər şeydən əvvəl, ölkələr arasında vəziyyəti gərginləşdirən siyasi-iqtisadi baxımdan. Məsələn, İsrail ilə Livan arasında dəniz sərhəddinə görə mübahisə indiyədək yoluna qoyulmayıb. Belə ki, 2019-cu ilin sonunda İsrailin Livanın ərazi sularında neft və qaz kəşfiyyatı aparması haqda məlumat yayıldı. Əsasən bir sıra jurnalistlər İsrailin mübahisəli dəniz sahələrinin neft-qaz resursları haqda məlumat topladığını bildirdilər ki, bununla əlaqədar “Livan hakimiyyəti təcili olaraq bu məsələni BMT-də qaldırmalıdır”. Analitiklərin fikrincə, Livanın 22 min kv.km sahədə dəniz təbii qaz ehtiyatlarının həcmi 96 trln. kub metr, neftin həcmi isə 865 mln. barel təşkil edir (aa.com.tr).
Yəqin ki, burada xüsusi şərhlərə ehtiyac yoxdur.
Nəticə
Beləliklə, hətta yuxarıdakı faktlara ötəri nəzər əminliklə göstərir ki, ola bilsin ki, Livanın sınması ilə xarici qüvvələr ölkənin xarici idarəçilik rakursunu sınaqdan keçirməyə cəhd edəcəklər. Sözsüz ki, burada söhbət heç bir halda XX əsrin müstəmləkə sistemi formatına qayıtmaqdan getmir. Amma müstəmləkəçilik ideyaları da yox olmayıb. Ardıcıl olaraq, onlar müasir şəraitə də tətbiq edilə bilər. Bu zaman “mandat” və ya “protektorat” terminlərindən istifadə olunub-olunmayacağı məlum deyil. İstisna deyil ki, hansısa “elaqant” formulun adı keçəcək.
Məsələ bundadır ki, bütün planetar məkanı öz güclü caynağına keçirmiş pandemiya dünyanı onun yenidən formatlaşdırılması kimi mühüm addıma, siyasi-iqtisadi kollapsa uğratdı. Kiçik, orta və ümumiyyətlə, böyük biznes kütləvi şəkildə məhv olur; bütün müəssisələr, hətta dünən işlək olan iqtisadiyyat sahələri məhv olur. Kim bununla razılaşmasa da, növbədə ayrı-ayrı ölkələrdir.
Odur ki, gözlərimiz qarşısında Livan istiqamətində baş verənlər spontan deyil. Çox güman ki, əgər bu və ya digər geosiyasi mərkəzlər tərəfindən rəsmi Beyruta maliyyə məcburiyyəti tətbiq edilsə belə, təəccüblü olmayacaq. Və o zaman Livanın rəsmi hakimiyyəti, sadəcə, yeni oyun qaydalarını qəbul etməyə məcbur olacaq. Doğrudur, bu planın reallaşması üçün xarici qüvvələr ilk növbədə, bir-biri ilə razılığa gəlməlidirlər. Hətta yuxarıda qeyd olunan faktlar əsasında özünü büruzə verən hazırki anda biz xarici qu quşunu, xərçəng və durna balığını görürük ki, bu və ya digər dərəcədə Livanın “dəyirmanına su tökürlər”. Lakin Suriya, İraq və Liviyanın vətəndaş müharibələrilə bağlı acı təcrübə göstərir ki, əgər xarici oyunçular bir-biri ilə razılığa gəlməsələr, onların marağındakı ölkəni gec-tez daxili yanğın sarsıtmağa başlayacaq. Livan artıq bu mərhələni keçib, üstəlik çox böyük qurbanlar ilə. Odur ki, Beyrut qanlı vətəndaş qarşıdurmasının girdabına yenidən qayıtmağa yol verməmək üçün qrossmeyster addımları atmağa çalışmalıdır.(turan)
Teymur Atayev