Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -FOTOLAR

Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -

 

 

 

Konfransda 2016-cı il ərzində görülmüş işlərin müzakirəsi aparılmışdır.

 

Xeberinfo.com:   Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yüksək iradəsi və qətiyyəti sayəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlik və dinamik inkişaf bütün sahələrdə olduğu kimi gənclərlə iş və idman sahələrində də ildən-ilə nailiyyətlərimizin artmasına səbəb olmuşdur.

Nərimanov rayonunda 2016-cı ildə gənclərin vətəndaşlıq tərbiyəsi və cəmiyyətdə iştirakı, intellektual və yaradıcı gənclərin inkişafı üçün şəraitin yaradılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, rayon ərazisində yaşayan və təhsil alan gənclərin fəallığının artırılması məsələlərinə, idmanın kütləviliyinə, gənclərin bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət ayrılmış, bu sahələrdə keçirilmiş 177seminar, konfrans, forum, aksiya, müsabiqə, toplantı, görüş, olimpiada, sərgi və idman yarışlarında 20 mindən çox yeniyetmə və gənc iştirak etmişdir.

2016-ci  il ərzində gənclərin vətənpərvərlik sahəsi üzrə rayon ərazisində bir sıra tədbirlər görülmüşdür. Yeniyetmələr arasında “Şahin” hərbi-idman oyunu keçirilmiş. Həmçinin bir neşə dəfə hərbi xidmətə gedən gənclərimizin yolasalma və qarşılanma mərasimləri keçirilmişdi. Rayon ərazisində yerləşən hərbi hissədə əsgərlərlə mütəmadi görüşlər keçirilmiş, xidmətdə fərqlənən əsgərlərə hər zaman qayğı ilə yanaşlımışdır. Şagirdlər arasında Dövlətini, vətənini sevməsi üçün daim bu yönümdə tədbirlər, müsabiqə, yarış və görüşlər keçirilir.

Rayon ərazisində 9 ali təhsil müəssisəsinin əsas korpusu, 4 ali təhsil müəssisənin yardımşı korpusu, 5 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir ki, burada da 22700 nəfərdən çox tələbə təhsil alır. Qeyd olunan 18 təhsil müəssisəsinin hər birində tələbələrin özünü idarəetmə orqanı olan Tələbə - Gənclər Təşkilatları yaradılmış, onlarla bir sıra işlər görülmüş, ötən ildə onlar tərəfindən İdarəyə müraciət ounmuş 51 təklif və layihənin 46-sı həyata keçirilmiş, 5-i isə təkrar layihə olduğuna görə digərləri ilə birləşdirilmişdir.

Rayon gəncləri sosial şəbəkələrdən də aktiv istifadə edirlər, Rayon Gənclər və İdman İdarəsinin səyifəsini 5595 nəfər real profil izləyir.

Rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərində təhsil alan 21300 nəfər şagird arasında maarifləndirmə işləri aparılır, zərərli vərdişlərdən uzaqlaşdırılır, kütləvi bədən tərbiyəsi və idman yarışlarına cəlb edilir. 

Azərbaycan Respublikası Prezidenti yanında  Gənclər Fondu tərəfindən rayon gənclərinin 100-dan çox layıhəsi dəstəklənmişdir, bu layihələrin hər biri uğurla həyata keçirilmişdir.

2016-ci il ərzində 25-dən çox gənclərin qeyri-hökumət təşkilatları ilə birgə bir sıra tədbirlər təşkil edib həyata keçirmişdir. Həmçinin 7 qeyri-hökümət təşkilatı gənclərlə işin yüksək səviyyədə qurulmasına görə İdarəni fəxri fərman ilə təltif etmişdir.

Idarə kütləvi informasiya vasitələri ilə yüksək səviyyədə iş qurmuş, il ərzində 120-dənşox tədbir 52 mətbuat orqanında 1570 dəfə yayımlanmışdır.                                  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev gənclər siyasətinin yüksək səviyyədə həyata keçirilməsinə böyük önəm verir. 26 yanvar 2015-ci il tarixdə imzalanmış “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bunun nümunəsidir. Bu Sərəncamdan irəli gələn məsələlər gənclərimizin intellektual, fiziki və mənəvi inkişafın, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsinə stimul yaradır. Qeyd etmək istərdik ki, Sərəncama dair 2016-cı il ərzində İdarə tərəfindən 35 tədbir keçirilmişdir.

2016-cı il ərzində rayonumuzda 17 respublika, 1 beynəlxalq, 49 rayon səviyyəli yarış keçirilmiş, respublika və Bakı şəhər yarışlarında rayon yığma komandalarının iştirakı təmin olunmuşdur. Həmçinin 25 idman növündə 21438 nəfər uşaq, yeniyetmə və gənc idmanla məşğul olur.

İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. 2016-ci ildəölkə daxili yarışlarda idmançılarımız 346, beynəlxalq yarışlarda isə rayonumuzun idmançıları66 medal qazanmışlar.

Bildiyiniz kimi 2016-cı ildəXXXI Yay Olimpiya Oyunları keçirilmişdir. Planetin 205 ölkəsinin 12 500-ə yaxın idmançısı 17 gün ərzində Braziliyanın stadionlarında ən güclünü müəyyən etmək üçün mübarizə aparmışlar. Sevindirici haldır ki, bu oyunlarda  idmanın güləş növündə Nərimanov rayon idmançısı Cəbrayıl Həsənov bürünc medal qazanmışdır.

Ölkəmiz üçün əhəmiyyət kəsb edən tarixi günlərin hansı zəmində yarandığını, hadisələrin baş vermə səbəbi haqqında uşaqları, yeniyetmələri, gəncləri məlumatlandırmaq, onların yaddaşlıarına bu tarixləri həkk etdirmək üçün bu kimi tədbirlərin həyata keçirilməsi idarəmiz üçün əhəmiyyətlidir: Belə ki, 20 yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr edilən “Onları unutmaq olmaz!” adlı tədbiri buna misal olaraq göstərə bilərik.

Daha sonra 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” adlı toplantısı keçirilib ki, bu da idarə tərəfindən gənclərə göstərilən diqqət və qayğının təcəssümüdür. Bundan başqa bir sıra debatlar keçirilib ki, onlardan biri də rayon ərazisində yerləşən Məktəb-Lisey Kompleksində baş tutan “Milli mənəvi dəyərlərimizi qorumaq hər birimizin müqəddəs borcudur” mövzusundakı debatdır.

Nərimanov Rayon Gənclər və İdman İdarəsitərəfindən rayonda fəaliyyət göstərən məktəblərdə müxtəılif mövzulara həsr olunmuş inşa müsabiqələri də keçirilib: məktəb şagirdləri arasında müxtəlif mövzuları əks etdirən və mütəmadi olaraq keçirilən inşa müsabiqələri təşkil olunur. Şagirdlərin belə müsabiqələrdə iştirakı onlara bir növ stimul verməklə yanaşı, həm də təhsilə olan maraqlarını və zəkalarını artırır.  

Ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı hadisələrinə həsr olunmuş aksiyalar barədə də məlumat verib: Xocalıya Ədalət Aksiyası çərçivəsində gənclərimiz Xocalı qətliyamını bir daha yada salıb, onun dunya birliyinə çatdırmaqda öz tövfələrini veriblər. Bu kimi silsilə tədbirlərin rayonun ali və orta ixtisas təhsil müəssisələrində təşkil olunması bir daha gənclərin bu mövzulara daha çox diqqət ayırmalı olduğunu göstərir.

2016-cı ilin aprel ayında Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına Nərimanov rayon gənclərinin dəstək aksiyası keçirilmişdir.Tədbirdən əvvəl rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.Sonra Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, şəhid ailəsi Sona Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər. 

Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan - İsrail Beynəlxalq Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara yardım məqsədi ilə "Hər bir damla - bir həyat" adlı qanvermə aksiyası keçirilmişdir.

İdarəmiz tərəfindən gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək üçün intektual oyunlar təşkil edilir: “XƏMSƏ” Milli İntellektual Oyunu, “Kim Qalib Olmaq İstəyir” adlı bilik müsabiqəsi, “Gənclərin Bilik Olimpiadası”, Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım”mövzusunda və “Mənim intellektim” adlı bilik yarışmaları, “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu və digər intellektual oyunlar.

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə“Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir”,“Multikulturalizm gənclərin gözü ilə” mövzusunda tədbirlər keçirilmişdir

 

Cənab Prezidentimizin gənclərə, idmançılara daim göstərdiyi diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibəti hər bir gənci, idmançı və məşqçini, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır. Rayonun Gənclər və İdman İdarəsi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.

Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -
Nərimanov rayon Gənclər və İdman İdarəsi 2016-cı ili uğurla başa vurdu -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam