Fələstinli döyüşçülər bu şəhərə daxil oldular -tank döyüşləri gedir
Fələstinli döyüşçülər İsrailin cənubundakı Magen şəhərinə daxil olublar.
Yenixeber.org: Bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Şəhərdə tank döyüşlərinin getdiyi bildirilir.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailə qarşı genişmiqyaslı hücumlara başlayıb. Hücum nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb. Xeyli sayda mülki şəxs də fələstinlilər tərəfindən girov götürülüb.