Ukrayna bu qədər ərazini azad edib
Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri sutkada 50-200 metr irəliləyir, hücumun əvvəlindən ümumilikdə 255 kv.km-dən çox ərazi azad edilib.
Yenixeber.org: Bu barədə Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupun bildirib.
“Hücum əməliyyatları nəticəsində əsgərlərimiz son bir neçə gündə Zaporojye vilayətinin Rabotinoy bölgəsində uğur qazanıb, düşməni mövqelərindən sıxışdırıb çıxarıb və mövqelərini möhkəmləndirirlər. Bu mərhələdə biz sutkada 50, 100, 200 metr irəliləyirik. Bəzən kilometrlərlə olur, bəzən isə ümumiyyətlə irəliləyiş olmur, çünki möhkəmlənmək və şəxsi heyəti düşmən müqavimətindən qorumaq lazımdır”, - deyə Ştupun qeyd edib.